Menu

PUTİN NİYƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜNƏ QATILMADI? - Politoloqdan açıqlama

27.12.2023, 19:53
PUTİN NİYƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜNƏ QATILMADI? -  Politoloqdan açıqlama

Ermənistan tərəfinin rəsmi məlumatına görə, Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Tərəflər sülh gündəliyini müzakirə edib. Bu, Qarabağda erməni separatizminin ləğvindən sonra tərəflər arasında ilk görüşdür.

"AzPolitika.info"  xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı öz "facebook"  səhifəsində yazıb. 

“Əsas diqqətçəkən məqam görüşün ikitərəfli formatda keçirilməsi, Putinin iştirak etməməsidir. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan görüşün Rusiyada baş tutmasıdır” - deyə, politoloq bildirib.

Qeyd edək ki, 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub.

Elman

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol