“Arif bəyin “Elçibəy İnstitutu”nun təsisçiliyindən istefa verməsi barədə xəbəri mən də sosial şəbəklərdən və saytlardan öyrəndim. Açığı, mənə aydın deyil ki, kifayət qədər ciddi siyasətçi olan Arif Hacılının istefasının səbəbləri nədir, yəqin ki, özü aydınlıq gətirər”.
Bunu “AzPolitika.info”ya açıqlamasında AXP sədri, “Elçibəy İnstitutu”nun təsisçilərindən biri olan Pənah Hüseyn bildirib.
O, Müsavat Başqanın səsləndirdiyi "Elçibəy İnstitutu"nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə edir" ittihamına belə münasibət bildirib: “Bu ittihamın kimə ünvanladığı barədə də məlumatlı deyiləm. Yəqin ki, Arif bəy özü aydınlıq gətirəcək. Hər halda onun öz fikirlərini açıq şəkildə ifadə etmək hüququ var”.
"Elçibəy İnstitutu”nun təsisçilərindən Oqtay Qasımov da “AzPolitika.info”ya bildirib ki, istefanın səbəbini bilmir.
“Çünkü bu mövzuda müzakirəmiz olmayıb. Kimlərin ittiham olunması ilə bağlı məlumatlı deyiləm”, - o, qeyd edib.
Müsavat başqanı Arif Hacılı isə telefon zənglərimizi cavabsız qoydu. Mövzuya yenidən qayıdacağıq.
“AzPolitika.info”

Şərhlər
"Müsavat" partiyasını indiki halında heç cür müxalifət partiyası adlandırmaq olmaz.Ariflə bu partiya "Vanka-Vstanka"partiyasına çevrilib.