İRAN “MƏN DƏ VARAM” DEYİR... - Qonşularını hədəfə alan Tehranın məqsədi nədir?

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi dünyada elə bir cəzasızlıq mühiti, xaos yaradıb ki, kimin əlində güc, imkan, hansısa silah varsa, yan-yörəsindəkilərin başına yağdırmağa çalışır. Xüsusilə də totalitar rejimlərin sanki ipini açıb buraxıblar...

İrandakı hakim rejim artıq bir neçə gündür ki, qonşu dövlətlərin ərazilərini bombalayır. Məlum olduğu kimi, İran ötən gün Pakistanın Bəlucistan əyalətinə ballistik raket və PUA-larla zərbələr endirib. Bunu İranın Kirman əyalətindəki məlum terrror aktını törədən qüvvələrə cavab kimi qələmə verməyə çalışan İran rejimi, əslində, Pakistan yox, Əfqanıstanı hədəf götürməli idi. Çünki hücumda iştirak edən terrorçulardan ən azı biri məhz bu ölkədən cəlb olunub. Amma Tehran əvvəlcə İraqın Ərbil şəhərini, sonra isə Pakistan ərazisini bombalayıb.

Ərbilə hücumda olduğu kimi, bu dəfə də Tehran bunun "Ceyş əl-Ədl" terror qruplaşmasına zərbə olduğunu iddia edib. Doğrudur, belə bir terrorçu qruplaşması var və bunlar Pakistanla sərhəddə narkotik ticarəti və qaçaqmalçılığı ilə məşğul olan bəluclardan ibarətdir. Lakin Pakistanın özü də onlıarla mübarizə aparır və mütəmadi zərbələr endirir. Ən əsası isə bu qruplaşmalara qarşı mübarizədə indiyə kimi Pakistan və İran birgə, qarşılıqlı şəkildə razılaşdırılmış əməliyyatrlar keçirib.

Lakin bu dəfə İran açıq özbaşınalıq edərək, qonşu dövlətin ərazisini bombalayıb. Nəticədə, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, iki günahsız uşaq həlak olub, üç qız isə yaralanıb. Bu, o deməkdir ki, İran Ərbildə olduğu kimi, burada da hücumun hədəfinin hərtərəfli kəşfiyyatı ilə məşğul olmadan, hara gəldi, necə gəldi raket atmaqla məşğul olub.

Görünən odur ki, İran özünün Yaxın Şərqdəki proksi qüvvələrini aktivləşdirdikcə, bunun cavabını öz ərazisində baş verən terror aktlarında və digər hücumlarda görür. Qonşu dövlətlərin ərazilərinə endirilən zərbələr isə ən azı iki məqsədə xidmət edir. 

Bunlardan birincisi, daxili narazılıqları səngitməkdir. Kirmandakı partlayışdan sonra İranda ölkənin təhlükəsizkliyini təmin edə bilmədiyi üçün hakim rejimə qarşı haqlı olaraq kəskin etirazlar baş qaldırıb. Qonşu ölkələrə bu cür xaotik zərbələrlə İranı idarə edənlər guya həmin təhlükələrə cavab verdiyinin görüntüsünü yaradır. Baxmayaraq ki, nəticədə əsasən dinc və günahsız insanlar həlak olur. 

Yeri gəlmişkən, ABŞ-nin, İsrailin Qəzaddakı qətliamlarına, dinc əhalini bombalamasına etiraz edən fars rejimi, özü də onların “yolu” ilə gedir və bunu heç də pis bacarmadığını nümayiş etdirir.


Qonşu dövlətlərin ərazilərini bombalamaqda ikinci məqsəd isə bir növ “gövdə göstərisi”dir, “mən də varam” bəyanatıdır. Sanki bununla da İran tərəfindən region dövlətlərinə göz dağı verilir və istənilən dövlətin ərazisini bombalamaq, istədiyini etmək imtiyazına malik olduğunu göstərmək istəyir. Lakin yəqin ki, hakimiyyətdəki “mollaların” arasında bunun nə qədər təhlükəli oyun olduğunu anlayanlar az deyil. Hər halda, Pakistanın kəskin etirazı var və güclü orduya malik olan bu dövlətin bu cür açıq təcavüz aktlarına cavab vermək imkanları İran rejimində şübhə yaratmalı deyil…

Bəs İran bu siyasətini nə qədər davam etdirə bilər və nə qədər uzağa gedə bilər? Qasim Süleymaninin məhv edilməsindən sonra İranın qonşu ölkədəki ABŞ bazalarından birinə “hücumu”nu xatırlayın. Tehran həmin vaxt yalnız sözügedən bazanın həndəvərinə bir-iki partlamayan raket atmaqla “qisas aldı”. Bundan o tərəfə gedə bilmədi.

Yaxud, İsrailin dinc fələstinliləri qırmasına yalnız sözdə etiraz edərək, özü savaşa qatılmadı və qatılmağa da hazırlaşmır, “Hizbullah” kimi məzhəbçi proksilərini qabağa verməklə işini bitmiş hesab edir.

Bütün bunlar o deməkdir ki, Tehrandakı rejimi yalnız qarşısında özündən daha güclüsünü gördüyü yerə qədər gedə bilər. Qonşuluqda isə elə Pakistan da daxil omaqla, belələri kifayət qədərdir…

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar