Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ mövzusu ilə bağlı yeni paylaşım edib.
“AzPolitika” xəbər verir ki, özündən əvvəlki hakimiyyətə eyham vuran Paşinyanın dediyinə görə, “1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı aparılıb”.
Paşinyan həmçinin demək istəyib ki, Qarabağın Azərbaycana aid olduğunu hakimiyyətə gələn kimi elan etməli idi: “Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemləri həll etmək üçün tətbiq edilib. Bu kontekstdə mən böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıdakıları özümə etiraf etmədim (bildiyiniz model vətənpərvərliyim bunu etməyə imkan vermədi) və ona görə də bütün bunları xalqa izah etmədim”.
“AzPolitika.info”

Şərhlər