Menu

"Turan" komandası Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

03.11.2026, 22:44
"Turan" komandası Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

 III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olan Azərbaycan çempionu 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol