Menu

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununu idarə edəcək

03.11.2026, 14:23
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"AzPolitika" xəbər verir ki, 39 yaşlı hakim İspaniyada yerli "Selta" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Xatırladaq ki, "Selta" - "Yunion" oyunu noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol