Menu

“Qarabağ”ın uğursuz seriyası: 11 ildən sonra təkrarlandı

03.11.2026, 10:58
“Qarabağ”ın uğursuz seriyası: 11 ildən sonra təkrarlandı

Azərbaycan Premyer Liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib.

"AzPolitika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib.

11 qat ölkə çempionu 2015/16 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ”yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.

Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol