Menu

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

02.11.2026, 13:26
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.

"AzPolitika" xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:

"Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününüdək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol