Menu

Xırdalanda 12 yaşlı qız itkin düşüb

03.11.2026, 23:27
Xırdalanda 12 yaşlı qız itkin düşüb

Xırdalanda bir qolu olmayan qız itkin düşüb.

"AzPolitika" xəbər verir ki, 12 yaşlı qız "Kristal Abşeron" yaşayış binasındakı evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.

Yeniyetmə qızın əlil olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, həmin qız barəsində axtarış elan olunub.

Polis tərəfindən itkin düşmə kimi axtarışa verilən həmin şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol