Menu

DÖVLƏT AGENTLİYİNƏ SƏDR TƏYİN OLUNDU - Sərəncam (DOSYE)

03.11.2026, 16:19
DÖVLƏT AGENTLİYİNƏ SƏDR TƏYİN OLUNDU - Sərəncam (DOSYE)

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Yeni sədrin dosyesini təqdim edirik:

Səbuhi Əhəd oğlu Sadıqov 1984-cü ildə anadan olub.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlib. 2018-2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol