Menu

Lavrovdan "3+3" formatı açıqlaması - Növbəti görüş harada keçirilə bilər?

03.11.2026, 16:36
Lavrovdan "3+3" formatı açıqlaması - Növbəti görüş harada keçirilə bilər?

Rusiya regionda əməkdaşlıq platforması olan "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə) formatında növbəti görüşün yaxın vaxtlarda baş tutacağına ümid edir.

“AzPolitika” Rusiya KİV-ə istinadən yayadığı məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov IV Minsk Avrasiya Təhlükəsizliyi Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasında çıxışı zamanı bildirib.

Lavrov qeyd edib:  "Bu platformanın iştirakçısı olan ölkələr birləşdirici gündəliyi irəli aparmaq barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş baş tutacaq".

Xatırladaq ki, daha əvvəl Rusiya XİN başçısı "3+3" formatında növbəti xarici işlər nazirləri görüşünün əvvəlcə Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilməsinin məqsədəmüvafiq olduğunu bəyan etmişdi. Qeyd olunan regional platforma Cənubi Qafqazda sabitliyin, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm müzakirə mexanizmi kimi çıxış edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol