YENİ MİSSİYA: Milli ideya haqqında düşüncələr

Üzeyir Şəfiyev, sosioloq

Müharibə bitdi, həm də şanlı Zəfərlə. Mübaliğəsiz demək olar ki, bu tarixi Zəfərin bir müəllifi var - gücü və birliyi simvolizə edən DƏMİR YUMRUQ. DƏMİR YUMRUĞun isə memarı Azərbaycanın mövcud və gələcək inkişaf yolunu uzaqgörənliklə şəkilləndirən Heydər Əliyevin layiqli davamçısı, Azərbaycanın milli-mənəvi dəyərlərini, xalqın daş yaddaşını bütün varlığı ilə öz ruhunda yaşadan, böyük strateq, rasional-leqal lider İlham Əliyevdir.

Alman sosioloqu M.Veber “Siyasət peşə kimi” əsərində siyasət, milli dövlət, dövlət məmuru anlayışlarına və peşəkar siyasətçi kimdir suallarına cavab axtarmağa çalışmışdır. Məsələn, o, həm “peşəkar siyasətçi” dedikdə nə başa düşürük sualını qoyur, həm də bu peşəkar siyasətçi kimi fərqlənən şəxslərin əsas xarakteristikasını açıqlayır. Qeyd edir ki, hər bir peşəkar siyasətçi üçün vacib olan əsas 3 şərtdir:

1. Fəalliyyət ehtirası (buna pasionarlıq da demək olar);

2. Kənardan baxaraq qərar vermə bacarığı;

3. Məsuliyyət hissinin olması.

O, həm də dövlətin rasional idarə edilməsi üçün vacib şərt olaraq dövləti idarə edən şəxsin peşəkar siyasətçi olmalı olduğunu vurğulayır. O, liderləri, ənənəvi, xarizmatik və rasional-leqal olaraq üç qismə bölür. Rasional (məntiqlə, qanunla) idarəçilik tipində bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur. Veberə görə, bu idarəetmə sistemi məhz qanunun aliliyinə görə ən davamlı, möhkəm və effektiv idarəetmə üsulu olmaqla, əsasən böyük ölçüsü olan cəmiyyətlər üçün səmərəlidir. Qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. Rasional-leqal lider tipi təkcə bir dövr deyil, bütün dövrlər üçün ən ideal lider tipidir. Rasional-leqal idarəçilik zamanı cəmiyyətin üzvləri hüquqların dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. Elə 44 günlük zəfərlə başa çatan Vətən müharibəsində özünün real təcəssümünü tapan DƏMİR YUMRUĞun fəlsəfəsində də liderə, onun rasional keyfiyyətinə inam dururdu. Bəli, DƏMİR YUMRUQ bir gün, bir ay, bir il ərzində ərsəyə gəlməmişdi. Birinci Qarabağ müharibəsində daxili qeyri sosial-siyasi sabitlik, hakimiyyət uğrunda irrasional savaşın da şərait yaratdığı tarixi ibrət dərsi çıxarmalı olduğumuz acı məğlubiyyətin yaratdığı kütləvi melanxoliyadan xalqı çıxarmaq, azərbaycançılıq məfkurəsini siyasi praktikaya birləşdirici həb, konsolidasiya iksiri kimi tətbiq edərək milli həmrəyliə nail olmaq, ölkənin hərbi immunitetini gücləndirməyə təkan verən iqtisadi əsasları yaratmaq, dövlətin beynəlxalq nüfuzunu qlobal ictimai rəyə təsiretmə səviyyəsinə qaldırmaq kimi tarixi misiyanı həyata keçirmək lazım idi. Bu tarixi misiyanı səbrlə, təmkinlə, addım-addım həyata keçirən böyük tarixi şəxsiyyət Heydər Əliyev son nəfəsinədək çalışdı və yarımçıq qalmış arzularını, o tarixi missiyanı davam etdirməyi əminliklə, müdrikliklə İlham Əliyevə həvalə etdi. Böyük şərəf və ləyaqətlə bu tarixi missiyanı davam etdirən rasional-leqal lider İlham Əiyev müdhiş uğur hekayələrinə imza ataraq tarixi estafeti qəbul etdiyi Böyük Heydər Əliyevin qarşısında, həm də onun sonuncu dəfə xitab etdiyi xalq qarşısında hesabat verdi.

Müasiri olduğumuz tarixi hadisələrin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, müstəqillik dövrü Azərbaycanında baş verən bu tarixi hadisələr həm siyasi metodologiya baxımdan, həm də xronoloji kontent baxımından epoxal xarakter daşıyır. İlk mərhələ yenicə müstəqillik qazanıb kövrək addımlarla irəliləyən ölkəmizin müstəqilliyini qəbul etməyən dövlətlər daxili qarışıqlıq yaradaraq xalqımızı vətəndaş müharibəsinə sürükləmiş, digər tərəfdən ölkəmizin ərazi bütövlüyü, suverenliyinə erməni separatizmi ilə qəsd etmişdi. Təbii ki, siyasi, dövlət idarəetmə təcrübəsinə malik olmayan o zamankı hakimiyyət ağır tarixi və geosiyasi şəraitdə müstəqilliyi və suverenliyi qoruyub saxlamaq gücündə deyildi. Ancaq onların ən böyük tarixi addımı böyük dövlətçilik təcrübəsinə malik, dünya siyasətinə bələd olan, xüsusilə də həmin dövrün çağırışına cavab verən xarizmatik siyasi lder Heydər Əliyevi həm də xalqın təkidi ilə hakimiyyətə dəvət etmələri oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan qarşısında ikinci missiya müəyyənləşdi. Bu missiya yuxarıda bəhs etdiyimiz missiya idi ki, onun əsaslarını təcrübəli siyasi xadim H. Əliyev yaratdı, xeyli yol qət etdi və ömür vəfa etmədiyindən missiyanı rasional-leqal lider keyfiyyətini özündə ehtiva edən İlham Əliyevə ötürdü. Bəli, zəfərlə başa çatan müharibə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ancaq ölkə Prezidentinin təbirincə desək,”… bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır…”

Bununla da ölkə qarşısında növbəti missiya durmalıdır. Həm də bu missiya qaçılmaz, taleyüklü bir missiya kimi hamımızı düşündürməlidir.

Bu missiya nədir? Onu neçə şəkilləndirməliyik?

Bununla bağlı həmişə ictimai rəyə böyük önəm verən ölkə başçımız İlham Əliyev 10.01.2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsində açıq mətnlə elmi ictimaiyyətin nümayəndələrinə, sahə mütəxəssislərinə xitab edərək bildirdi: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır…”

Düzdür, problemin qoyuluşu və bu problemidən irəli gələn baş sual – “yolumuz haradır” heç də asan sual deyildir. Həm də nəzərə alsaq ki, bu gün bəşəri meyl qeyri-müəyyəndir, ideologiyyasızlaşdırılmış, ideologiya böhranı yaşayan dünya evi sakinləri üçün belə bu suala cavab çox çətindir. Çünki bəşəriyyət üçün ümumi ideoloji fond yaradan fikirlər yoxdur artıq. Sovet İttifaqının fiaskosu ilə əslində təkcə ikiqütüblü dünya reallığı aradan qalxmadı, həm də dünya evi qarşısında bir sual yarandı: “Bəs sonra? İndi yolumuz harayadır?” Qeyd edək ki, bununla bağlı çoxlu polemikalar başladı. Hər kəsə məlumdur ki, SSRİ süqut edəndən dərhal sonra Rusiyanın sosialist şinelindən çıxıb XIX əsr Rusiya imperiya siyasətinə qayıdışı baş verdi. Əlbəttə, ABŞ başda olmaqla birləşmiş Qərb bunu əvvəlcədən bilirdi. Ancaq bu onlar üçün daha dözümlü idi, nəinki cazibədar kommunist ideologiyası ilə genişlənmə təhlükəsi olan Rusiya. Sovetlər İttifaqının fiaskosunu, liberal demokratiyanın geridönüşü olmayan qələbəsi kimi sadəlövhlüklə tarixin sonu kimi dəyərləndirməyə çalışan düşüncə adamları da tapılacaqdı, təbii ki. Amma çox keçmədi ki, ABŞ başda olmaqla Qərb cəbhəsində də fövqəldövlətçilik davranış modeli əsl anaxronizm elementi kimi qıcıq yaratmağa başladı, demokratiya və liberal dəyərlərin sadəcə instrument olduğu faktını ortaya qoydu, ABŞ-nin və Qərbin “xeyirxah hegemoniyası” anti-Amerikanizmin, anti-qərbçiliyin güclənməsinə səbəb oldu. Bəli, tezliklə ideologiyalar arasında savaş Samuel Hantinqtonun 1996-cı ildə ərsəyə gətirdiyi “Sivilizasiyaların toqquşması və yeni dünya nizamının qurulması” kitabında qeyd etdiyi kimi sivilizasiyalar arasındakı qədim münaqişələrlə əvəz olundu. Samuel Hantinqton hətta bu xüsusda bir qədər də irəli gedərək İslam coğrafiyasını “qanlı sərhədlər” kimi xarakterizə etdi. Yeri gəlmişkən, F. Fukuyamadan fərqli olaraq, Samuel Hantinqtonun proqnozu tam özünü doğrultmaqdadır, Yaxın Şərqdə və İslam coğrafiyası hüdudlarında baş verən humanitar fəlakətlərə gətirib çıxaran toqquşmalar həm də resurslar uğrunda sivilizasiyalar arası münaqişələrin təzahürləridi.

Baxmayaraq ki, uzun illər Qərbdə düşüncə adamları (əvvəlcə A. Toynbi “Sivilizasiya mühakimə olunur” əsəri, daha sonralar F.Fukuyama “Tarixin sonu, sonuncu insan” əsəri və. s) belə bir ideyanı durmadan təlqin edirdilər ki, dünya tarixinin mərkəzində daima əsasən, Qərb dayanmışdır, bu gün də, sabah da Qərb dayanacaq. Ancaq günümüzdə də baş verən geosiyasi hadisələr onu deməyə əsas verdi ki, neoimperializm, neokolonializm və onun müasir formaları üçün ekzotik ideyalar və idealogiyalar sadəcə bir alətdir. Və bu gün bəşəri meyl qeyri-müəyyənlikdə, ünvansız çırpıntılardadır. Belə bir şəraitdə sanki dövlətlər var olmaq uğrunda çaba göstərirlər. Hansı dövlətlər xarici və daxili siyasət vektorlarını praqmatik əsaslarla qurur, kənar təhdidlərə immunitetlidir, təbii ki, onlar var olmaq uğrunda savaşdan qalib çıxacaqlar. Qloballaşma şəraitində yabançı dəyərlərdən, onun kosmopolitizmi təbliğ edən istiqamətlərindən qorunmaq, cəmiyyətimizin sosial xarakterinə neqativ, aşındırıcı təsir göstərə biləcək tərzləri qəbul etməmək, milli kimliyini, özünəməxsusluğunu saxlamaq, öz kökünə, tarixinə milli-mənəvi dəyərlərinə söykənərək mütərəqqi qlobal çağırışlara cavab vermək mühüm vəzifələr kimi qarşımızdadır.

Əslində, yeni missiyanın, Azərbaycanın yaratdığı mövcud reallıqdan irəli gələn yeni milli ideyanın konturları rasional-leqal lider, böyük strateq İlham Əliyevin özü tərəfindən şəkilləndirilmiş, təqribi yol xəritəsi hazırlanmışdır. Bu özünü son illər qəbul olunmuş milli prioritetlərlə bağlı strateji yol xəritələrində, Dövlət Proqramlarında, institusional islahatlarla bağlı Prezident sərəncam və fərmanlarında, dövlətin xarici siyasət vektorlarında, dövlət başçımızın proqram xarakterli çıxışlarında aydın şəkildə göstərir. Müstəqillik əldə etdikdən sonra güclü dövlət milli ideyamızın əsas istiqaməti, birinci missiyamız idisə, qalib dövlət növbəti milli ideya istiqaməti və yeni missiya oldu. Bu gün rifah dövləti yeni missiya milli ideya istiqaməti kimi qarşımızda durmalıdır. Əlbəttə, postmüharibə dövrü Azərbaycanı qarşısında artıq yeni hədəflər müəyyənləşməli, real və potensial təhdidlərə dayanıqlı, hər daim ölkəmizdə “Axil dabanı” axtaran, bəlkə də qaytardılar xülyası ilə yaşayaraq məkrli planlar quran Ermənistan + qüvvələrinə heç bir imkan tanımayan, imzası imzalar içərisində əbədiyaşar bir sosial dövlət nümunəsi göstərmək bizim milli ideyamızın əsas qayələrindən biri olmalıdır. Postmüharibə dövrü Azərbaycanında sosial dövlət, sosial rifah dövləti quruculuğu bir sosial sifariş olmaqla yanaşı, milli ideyamızın əsas prioriteti kimi böyük strateq İlham Əliyevin fəaliyyət hədəflərindən biridir. Müzəffər xalq postmüharibə dövründə ancaq sosial rifah dövlətinə xas bir inkişaf yoluna layiqdir ki, bu yolun özülü artıq qoyulmuşdur. Vətəndaş-dövlət münasibətlərinin ahəngdar inkişaf edəcəyi sosial dövlətdə cəmiyyətin və dövlətin idarəedilməsində meritokratik dəyərlər tam təntənəsini qeyd etməli, heç kimin kənarda qoyulmayacağı inkluziv cəmiyyət bərqərar olmalı, Azərbaycan xalqının malik olduğu birlikdən ötə sinerjisini təhdid edə biləcək ayrımçı düşüncələrin bütün qalıqlarını cəmiyyətdən bir nəsnə kimi tarixin arxivinə gömmək qarşıda duran əsas hədəflərdən olmalıdır. Bu vəzifənin böyük bir hissəsini zəfərlə başa çatan Vətən müharibəsi gördü. Hegelin təbirincə desək, “küləklər gölləri çürümədən qoruduğu kimi, müharibələr də cəmiyyəti və xalqı deqradasiyadan qoruyur…” Ancaq bu tendesiya davamlı və ardıcıl olmalıdır ki, prinsipcə qurulmaqda olan sosial dövlət bunun öhdəsindən gələ bilsin. Sosial dövlətin sabitliyi, dayanıqlığı müasirlik, güclülük və qanunun aliliyini ehtiva edən hüquqi prinsip şərtləri daxilində mümkündür. Sosial dövlət üçün əsas anlayışlardan biri ədalət anlayışıdır ki, ölkə başçımız bunu bütün uğurlarımızın, gücümüzün açar dəyəri kimi qiymətləndirir. Ancaq DƏMİR YUMRUQlu sosial dövlətin dayanıqlığı üçün sosial ədalət, bərabər imkanlar və bərabər şanslar, əlçatarlıq, müəssərlik tam təmin olunmalı, sosial bərabərsizliyə imkan tanımamalı, sosial məmnunluğa nail olunmalı, fərdlər kollektiv şüurla özlərini idarə etməyi bacarmalı, cəmiyyət olaraq bütün neqativlərdən arınmalı, katarsis yaşamalı, sosial nəzarət, ictimai qınaq fəal olmalıdır. Xalqın ehtiyaclarını qarşılaya bilən peşəkar dövlət adamlarının olması və davamlı hazırlanmasından çox şey asılı olacaqdır. İdarəetmə, siyasət peşəkarlar tərəfindən həyata keçirilməlidir. Platonun təbirincə desək, siyasət bir çar sənətidir, seçilmişlərin sənətidir. Artıq Azərbaycanda hakimiyyətin, dövlət başçısının, liderin bir İlham Əliyev ölçüsü yaranmışdır. Ancaq bu ölçüyə və bu ölçüdən artığına cavabverənləri Azərbaycan adamı öz təmsilçisi kimi görmək istəyəcək.

Yeri gəlmişkən, bəlkə də qaytardılar sövdası ilə yaşayan Ermənistan+ qüvvələr postƏliyev dövrü Azərbaycanı, postƏrdoğan dövrü Türkiyəsini xam xəyallarla, səbirsizliklə gözləyir. Hərçənd, onlar unudur ki, nəyi, nə zaman, necə etməyi gözəl bilən İlham Əliyev strateji düşünür və gələcəyin yol xərtəsini də zərgər dəqiqliyi ilə proqnozlaşdırır, layihələndirir, eyni zamanda onlar həm də unudur ki, Türkiyə-Azərbaycan tandemi təkcə iki liderin iradəsinə bağlı olmayıb, iki vücudda bir can olan xalqlarımızın əzəli, əbədi birliyi, birlikdəliyidir. Hər kəsə məlumdur ki, tarixi zəfərimizlə qəbullanmayan Ermənistan+ qüvvələrin təzyiqinə İlham Əliyev Azərbaycanı səssiz qalmadı, onları bir sıra hallarda bizə hücum etdiyi öz silahları ilə vurmaqdadı (2023-cü il oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransa Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin dəvət edilməsi, bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət, bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasın vurduğu zərbə və.s). Ölkə başçımız 10 yanvar 2024-cü ildə yerli telekanallara müsahibəsi zamanı həm də buna işarə edirdi “... biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.

Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir...”

İlham Heydər oğlu Əliyev elə bir şanlı tarixə imza atmışdır ki, onilliklər, yüzilliklər boyu onun əbədiyaşarlığını təmin etməlidir xalqımız. Çünki Azərbaycan tarix boyu permanent keçidərə məruz qlamış, toplum olaraq Sizif əməyi yaşamışdır. Düşünürəm ki, bu anlamda da yeni missiya kimi dövlət olaraq futuristik yanaşmalıyıq Azərbaycanın orta və uzaq perspektivlərinə. Azərbaycanın gələcəyi proqnozlaşdırılan olmalıdır. Düşünürəm ki, bu misiyanı da hazırlayıb həyata keçirmək liderliyin rasional-leqal keyfiyyətlərini özündə ehtiva edən İlham Əliyevə nəsib olacaq. Çünki müzəffər, sosial rifah dövləti quruculuğu ilə inamla irəliləyən Azərbaycan məhz İlham Heydər oğlu Əliyevin şah əsəridir. Bu elə bir müqəddəs əsərdir ki, daim etibarlı əllərdə olmalıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilən, milli bayrağımızda əbədiləşən Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləmək kimi irəli sürdüyü milli ideya istiqamətləri Cümhuriyyətin tarixi-hüquqi və mənəvi varisi olan bugünkü Azərbaycanın da əsas milli ideya istiqamətləridir. Çünki hər üç istiqamət son dərəcə məntiqi, müdrik və praqmatik olub xalqı daim dinamik, pasionar saxlama gücündədir. 44 günlük zəfərin fəlsəfəsində həm də bu üç istiqamət üzrə əldə etdiyimiz uğurların da mühüm payı oldu.

Baxın, bu gün məhz Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə yaradılan təqribən beş milyon kvadrat kilometrlik, yüz əlli milyon nəfərlik insan kapitalına malik Türk Dövlətləri Təşkilatı geosiyasi alanda real təsir aktoruna çevrilməkdədir. Bu həm də Azərbaycan daxil türk coğrafiyasının təhlükəsizlik çətiri anlamına gəlir. Əlbəttə, sivilizasiyalar toqquşması şəraitində belə bir təhlükəsizlik qalxanının olması həyati məna kəsb edir.

Digər istiqamət olan islamlaşmaq islam dininin fəlsəfəsindən, onun sosial mahiyyətindən irəli gələn mənəvi-əxlaqi dəyərlər, norma və qaydaları dərk etmək , inam və etiqadı bu əsaslar üzərində qurmağı nəzərdə tutmaqla yanaşı, İslam coğrafiyasinın konsolidasiyasının əlavə immunitet yaratmasını hədəfləyir.

Üçüncü istiqamət müasirləşməkdir ki, bu da yeniliyə, sosietal (sosial, iqtisadi, mədəni, texnoloji və. s) tərəqqiyyə, qlobal çağırışlara açılımı təşviq edir, milləti, toplumu keçmiş tarixi zəfərləri istismar etməməyə, özünəvurğunluq mərəzinə tutulmamağa, tükənmə sindromundan yan keçməyə, hər daim pasionar və güclü olmağa təhlükəsizlik qarantı kimi son dərəcə əhəmiyyətli və həmişə aktual bir istiqamətdir.

Daim yenilənmə, inkişaf, yeni hədəflər yalnız toplumu, dövləti qüdrətli edə bilər. Ölkə başçımız sözügedən müsahibəsində tam haqlı olaraq bəyan etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Zəfərlə başa çatan müharibədən sonra cəmiyyəti növbəti hədəflərə istiqamət götürməyə səsləyən dövlət başçısı bununla həm də cəmiyyəti durğunluğa imkan tanımamağa, daim dinamik olmağa dəvət etdi. Pasionar lider xalqı da daim dinamik və pasionar görmək üçün səfərbər edi, cəmiyyət və dövlət qarşısında yeni hədəflər, yol xəritələri, yeni missiya və milli ideya istiqamətləri müəyyənləşdirir. Bu gün dünya evini saran geosiyasi maraqlar konfliktləri şəraitində, neoimperializm, neokolonializm dalğaları gerçəkliyində ölkəsini bu qovğalardan kənarda tutmağı bacaran, dünyaya humanist dəyərlər ixrac edən, filantrop mesajlar ötürən, coğrafi və əhali resursları baxımından heç də böyük olmayan Azərbaycanı sülh, barış, əməkdaşlıq, konstruktiv dialoq, bəşəriyyətin taleyüklü məsələlərinin müzakirə olunduğu məkanına çevirən müdrik lideri tarixi zəfərlərə imza ataraq dünya siyasi liderlərinin qibtə obyektidir. Artıq dünya Azərbaycan möcüzəsi haqqında danışır, beləliklə də böyük tarixi şəxsiyyət Heydər Əliyevin proqnozlaşdırdığı kimi “…Azərbaycan dünyaya günəş kimi doğacaq” gerçəkliyi öz həyati təsdiqini tapmaqdadır.

Yeni missiya və milli ideyadan danışarkən qeyd etməliyik ki, xalqımızın qarşısında daha bir missiya vardır. Bu işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonuna Böyük Qayıdışa tam nail olmaq, eyni zamanda, əzəli, tarixi yurdyerlərimiz olan Qərbi Azərbaycana qayıdışa müvəffəq olmaq, Azərbaycanın qərb rayonları ilə Naxçıvanın qeyd-şərtsiz əlaqəsini təmin etmək. Eyni əzm və enerji ilə səfərbər olmalıyıq bu tarixi missiyanın həyata keçməsi naminə. Sevindirici haldır ki, bu istiqmətdə xeyli işlər artıq həyata keçirilib və öz uğurlu sonluğunu gözləyir. Əminik ki, birliyimiz və əzmkarlıq sayəsində ona da müvəffəq olacağıq.

Cəmiyyətimizi düşündürən digər məqam postneft dövrü Azərbaycanı haqqında olub, daha çox alternativ enerji mənbələrini, turizmi inkişaf etdirmək, azad bazar münasibətlərinə əsaslanan, ancaq bununla yanaşı strateji məhsullarını özü istehsal etmə gücünə qabil, yüksək sürət əsrinə uyğun, rəqəmsal cəmiyyət tələblərinə cavab verən, keyfiyyətli insan kapitalına malik, gələcək nəsillər üçün iqtisadi dayanıqlı, rəqabətqabiliyyətli bir ölkə miras qoymaqdır.

İnanırıq ki, böyük strateq İlham Əliyevin şəkilləndirdiyi Azərbaycanı gələcək nəsillər iftixar hissi ilə qəbul edərək yeni missiya və hədəflərlə növbəti nəsillərə ötürəcək və bu dövrü Azərbaycanın şanlı, qızıl dövrü kimi hər zaman xatırlayacaqlar.

Şərhlər

Hüsü 2024-01-19 14:52:12

Yeni milli ideya əsas kütləni kasıb əhalini acından öldürmək belə adlansa daha doğru olardı

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.