Qətnaməni hazırlayanlara bütöv, güclü qeyri-xristian Azərbaycan yox, əraziləri erməni işğalı altında olan zəif Azərbaycan lazım idi!
Bakı dəfələrlə onunla şantaj və təhdid dilində danışılmasını qəbul etmədiyini nümayiş etdirib, yenə belə olacaq!
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının(AŞPA) yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməsini təsdiqləyiblər. 76 deputat bu qərəzli qərarın “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər “bitərəf” qalıb.
Qeyd edək ki, ümumilikdə bu qurumda 46 üzv ölkə və 306 deputat var. Ancaq göründüyü kimi, səsvermədə 306 nəfərdən cəmi 90 nəfər iştirak edib. Bu, ümumi sayın heç 30 faizi də deyil. Lakin bu qurumda səsvermə zamanı adi səs çoxluğu kifayət etdiyindən, sözügedən qərarın qəbuluna 306 nəfərdən cəmi 76-sının səs verməsi kifayət edib.
Məlum olduğu kimi, zatən Fransa və digər ona tay ölkələrin təşəbbüsü olan bu qərəzli və ermənipərəst qərarın müzakirəyə çıxarılmasından öncə Azərbaycan tərəfi Azərbaycan nümayəndə heyətinin timsalında təşkilatı tərk edib. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında azərbaycanlı nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.

Ancaq yenə də səsvermə və müzakirələr zamanı quruma üzv ölkələrin ayrı-ayrılıqda mövqeyi və fikirləri bizim üçün maraq kəsb edir. Həmin müzakirələrə nəzər yetirdikdə isə məlum olur ki, Azərbaycanımn haqlı mövqeyini yalnız Türkiyə və Ukrayna nümayəndə heyətləri müdafiə ediblər və bu qərəzli qərarın ələyhinə səs veriblər.
Ukrayna tərəfi etiraz əlaməti olaraq səsvermədə iştirakdan imtina edib. Qərarın əleyhinə səs verənlərin 9-u Türkiyədən, biri isə Albaniyadan olan deputatdır. Bitərəf qalanların ikisi İsveçrədən, biri Norveçdən, biri isə Bosniya və Hersoqovinadandır. Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı da Azərbaycana qarşı mövqe tutub.Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino və Azərbaycana az qala “qardaş” deyən Serbiya da olub...
"Bu qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub".

Bunu AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko müzakirələr zamanı çıxış edərkən deyib. Onun “Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub" fikri bu qətnaməni hazırlayanların çirkin məqsədlərinin əsl ifşasıdır. Bəli, xeyli sayda digər problemlər və həlli yubanmış məsələlər var. Ancaq digər səbəblərin sadalanmasına baxmayaraq, əsas səbəb məhz Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsidir. Çünki bu qətnaməni hazırlayanlara bütöv, güclü, öz iradəsi ilə suverenliyini bərpa etmiş qeyri-xristian Azərbaycan yox, əraziləri erməni işğalı altında olan və Ermənistana ərazi güzəştlərinə sövq edilən zəif Azərbaycan lazım idi. Həmin, yəni, onların görmək istədikləri Azərbaycan isə artıq yoxdur və heç zaman da olmayacaq...
Səsvermənin nəticələrinə gəlincə, məyusedici haldır ki, Azrbaycanın bir sıra Avropa ölkələri ilə yaxın, sıx əməkldaşlığa malik olmasına baxmauyaraq, yalnız qardaş Türkiyə və Azərbaycanla eyni taleyi yaşamış, əraziləri işğala məruz qalmış Ukrayna ölkəmizin haqlı mövqeyini müdafiə ediblər. Təəssüf ki, hətta yaxın qonşumuz Gürcüstan belə bu sırada yoxdur. Bu da qonşu ölkənin nə dərəcədə Fransa kimi dövlətlərin təsiri altında olduğunun göstəricisi sayıla bilər...
Qeyd edək ki, sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır. Ancaq Azərbaycan son illərdə dəfələrlə onunla şantaj və təhdid dilində danışılmasını qəbul etmədiyini nümayiş etdirib. İndidən sonra da belə olacaq.
Ölkəmizin bu təşkilatda iştirakdan müvəqqəti uzaqlaşması bütünlükdə Azərbaycan cəmiyyətinin demokratik dəyərlərdən, sivil dünyaya inteqrasiyadan imtinası anlamına gəlməməlidir. Ancaq AŞPA kimi qurumlar Fransa kimi ermənipərəst və Azərbaycana qarşı qərəzli mövqe tutmuş digər dövlətlərin təsiri altında qaldıqca, Azərbaycan da öz iradsəsini göstərmək, öz ərazi bütövlüyü və suverenliyini heç kimin qarşısında güzəştə getməyəcəyini nümayiş etdirmək məcburiyyətində olacaq...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Mən yazıram hansısa qeyri-müəyyən bir əl yazdıqlarımı silir. Mən yazıram mətn başa çatmamış silinir. Artıq dördüncü dəfədir. İnanın ALLAHA ki, bezdim. Onu demək istəyirəm ki AŞPA-nın DEDİKLƏRİ İÇƏRİSİNDƏ KİFAYƏT QƏDƏR HƏQİQƏT QIRINTILARI VAR VƏ HAKİMİYYƏT BU FÜRSƏTİ ONLARA VERMƏMƏLİ İDİ. Yalanların ən betəri içinə həqiqət qatılmış yalandır ki AŞPA bundan məharətə istifadə edir. Bilmək olmur bu hakimiyyət vedrəpapaq mollaların və ayağı-ayağına dolaşan jurnalistlərin nəyindən qorxur ki, onları damda saxlayır? Azərbaycanın uğurunu həzm edə bilməyənlər bu kimi detallardan istifadə edirlər axı...
Fransanin mustemlekeleridi bunlar.bizi kimse sindira bilmez
İstər Avropa və ya bu günkü Avropa ölkələri,istərsə də ABŞ tarixboyu heç vaxt Azərbaycana,o cümlədən Türkiyəyə qarşı səmimi olmamışlar.Əksinə davamlı olaraq bu iki dövlətə arxadan zərbə vurmaq üçün hər cür alçaqlığı özlərinə rəva bilmişlər.Elə götürək saxta erməni soyqırımını.Məgər erməni soyqırımının olmadığını,əksinə erməni quldurlarının silahsız mülki türklərİ qətliam etdiklərini dovşanı arabayla tutan Avropa və ya ABŞ bilmirdilərmi,yaxşı bilirdilər.Ancaq Türkiyəyə arxadan xaincəsinə zərbə vurmaq üçün saxta soyqırımı gerçəklik kimi qələmə vermək Avropa və ya ABŞ-ın işinə yarayırdı.Təsadüfi deyil ki,mülki əhalini erməni daşnak-terrorçulardan qorumaq üçün əlinə silah alan Abasqulu bəy Şadlınski 1919-cu ildə ABŞ-ın bölgədə qərarlaşan general-qubernatoru tərəfindən həbsə atılanda Abasqulu bəyin yaxın dostu vəkil Hüseyn bəyin gərgin çabalarından sonra ondan bir daha daşnaklara qarşı vuruşmamaq haqqında iltizam alınandan sonra azad olunmuşdu.Ancaq verdiyi iltizama baxmayaraq Abasqulu bəy daha qətiyyətlə mübarizəsini davam etdirmişdi.Beləliklə həmin hadisələrdən bir əsrdən artıq vaxt keçsə də nə Avropa dəyişib,nə də ABŞ...
Gürcülərə , serblərə , macarlara , bolqarlara , italyanlara qazın qiymətini daha 30 faiz qaldırılsın ağıllar başlarına gəlsin. Bu millətləri göndərmək lazımdır getsinlər Fransadan qaz, neft almağa
Bu sənədlə bir daha kimin kim olduğunu bilməmiz lazımdır.Mən bilirdim ki Gurcustan belə bir mövqede olacaq.Hesab edirəm ki xarici siyasətimizdə ən ciddi qaydada bunlar nəzərə alınmalıdır.Bu sınaqlardan da qalib cıxmalıyıq
Mən dəfələrlə demişəm ki,Azərbaycanın və Türkiyənin yeri Şanxay təşkilatıdır.Nə zamansa biz Asiyalı olduğumuzla qürur duyacağıq.Çiçi kostyumlar geyib bahalı maşınlar sürməklə və yerli-yersiz əcaib məbləğdə təyin edilmiş ştraflardan çələng hörüb başımıza qoymaqla,gepard ceyranın dalınca qaçıb tutduğu kimi qaişniklərin də maşın dalınca cumub saxlatdırıb Mərəzə dilənçiləri kimi pul istəməsiylə bizdən heç vaxt Avropalı olan deyil.Nə vaxtsa çaşıb bizi Avropa Birliyinə qəbul etsələr belə bizə Avropa içində münasibətləri bax bu cür olacaq,çünki biz müsliman xalqıq və məmurlarımız da Fizuli xaxtında da,Nikolay vaxtında da,bolşeviklər vaxtında da salam veriləndə rüşvət deyil deyə almayan qatı rüşvətxor olublar, Avropa Birliyi və Avropa Şurası isə xristian klubudur.Üstəlik bunca neft-qaz yüzmilyardları içində cəmisi 10 milyonluq toplumun necə sürünə-sürünə,səfil-sərgərdan,miskin yaşadıqlarını,məmurlarımızın isə yağ-bal içində üzdüklərinindən boyunlarının yoğunlaşdığını bizdən gözəl bilirlər.
Doiqralis(((