Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.
Qeyd edək ki, sayılmış seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı 4 660 025-dir, hesabat vermiş seçki məntəqələrinin sayı isə 6 102-dir.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
APA xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.
MSK sədri qeyd edib ki, seçici fəallığı 76,73 faiz olub. MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb.
Məzahir Pənahov nəzərə çatdırıb ki, ümumi məntəqələrin 54,47 faizi üzrə səslər sayılıb. Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);
- Zahid Oruc - 2,20 faiz;
- Fazil Mustafa - 1,99 faiz;
- Qüdrət Həsənquliyev - 1,78 faiz;
- Razi Nurullayev - 0,79 faiz;
- Elşad Musayev - 0,66 faiz;
- Fuad Əliyev - 0,48 faiz;
Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.

Şərhlər
Bu nəticələr bir daha təsdiqlədi ki, bu Prezident semkylərinə buraxılmış 6 namizədlən MM deputatları olanlar MSK-nın saxtakarlarının nəticəsində deputat statusu alıblar.
Seçkilərdə bu qədər vətədaşın iştirakına inanan varmı? Əhalinin 30-35 faizi keçən son 30 ildlərzində ölkəni tərk edib,Doğum sayını azaıması,boşanmalar sayının çoxaması. halında əhali artımı yox,AXC və müasavat üzvləri seçkidə iştirak etmir (baykot ) ,sərhədlər bağlı olduğundan feri dönə bilməyənlə,müxtəlif səbəblərən seçkiyə getməyənlər br daha MSK-nın məlumatlarının yalanlığını sübut edir. Belə halda MSK nəticələri necə legitim sayıla bilər?
Bu aıtı namizədin aldığ 0.1-2 faiz səslər bir daha MSK-nın yalanını üzə çıxarır.Axı MSK bunları qediyyara alanda məlumat vermişdi ki bunar lazım olan 40 000 imza vərəqəsini MSK-ya təhvil veriblər.Bəs necə oldu ki.bunıar heş 2 faiz səs toplaya bilmədi? Bu seçki saxtakarlığına,MSK-nın saxtakarlıq etməsin sübut deyilmi?İndi nəticələr aydın olduqda bəs hüquq mühafizə orqanları MSK-nın bu yanaşmasına münasibət bildirməməlidir?
Bu seçki yox bu millət üçün bir faciədir
Salam. Qanunvericiliyə görə namizədliyin qeydə alınması üçün 40.000 imza lazımdır. Bu “dahilərin” 3 DƏNƏsinə, hətta seçki zamanı 40.000 səs verilməyib. Utanıb yerə girsinlər… məzi bunları necə qeydiyyata alıb?