Rusiya sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.
Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib:
"Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur".
Yevdakimov danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılırdığını söyləyib.
Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.

Şərhlər
Zelidiler e zelil qalmışlar
Bu çox ağrılı bir məsələdir. Xalqımız, deyərdim ki, xalqlar içində ən mükəmməl, yüksək mədəniyyətli, insanpərvər xalqdır. Siyahını artıqmaq da olar. Bu xüsusiyyətlərimizi görüb bədxahlarımız həmişə bizim şirin yeməyimizə zəhər qatmaq arzusunda olurlar. Mən heç bir xalqa pis demirəm. Ruslarıda, fransızlarıa, amerikanları da, ingilisləri də, almanları da, qonşu gürcüləri də görmüşəm. Heç bir parametrləri hətta əz zəif azərbaycan vətəndaşına çatası deyil. Qayıdaq sülhməramlılara. Mənim ağlım kəsmir ki, nə 2025-ci ildə, nə də 2030-cu ildə onlar ərazimizi tərk edəsi deyillər. Əminəm ki, sülhməramlılar erməniləri hər hansısa bəhanələrlə Xankəndiyə, Xocalı, Xocavəndə qaytarmağa çalışacaqlar. Təsəvvür edirəm ölkə başçımız hansı təzyiqlərlə üzləşir. Biz yalnız nəticəni görürük. Rusiya sülhməramlılarının Qarabağı tərk etmələri Rusiyanın sonu, ölümü deməkdir. Ukrayna müharibəsində zəifləməsinə baxmayaraq, bu ölkə hələ də super dövlətdir. Rus ayısına beynəlxalq müqavilədən, normadan dərs demək əbəsdir. AŞPA-ya xarakterimizi, dişimizi göstərdik, bu çox əla, baxmayaraq ki, bizə qarşı sanksiyalar, təhdidlər qaçılmazdır. Əlbəttə, bizim AŞPA-da, gələcəkdə Avropa İttifaqı kimi platformalarda olmağımız vacibdir, qürurumuzu da qorumağı bacarmalıyıq. İnanın ki, hazırda AŞPA öz-özünə “nə qələt etdik” deyərək özünü, deputatlarını lənətləyirlər. Baxmayın, Azərbaycan AŞPA-ya hava-su kimi lazımdır. “Əhməd haradadır?” filmində Şirin kişinin Əhmədi təhdid edəndə, Nərgiz xala sinəsini qabağa verib deyir ki, hələ Əhmədin anası ölməyib. Şirin kişi cavabında qeyd edir ki, hərbə-zorba gəlir. Bəli, bu gün biz Əhmədin düşdüyü vəziyyətdəyik. Lakin, bu o anlama gəlməməlidir ki, yerindən duran üstümüzə gəlsin. Prezident bu gün bacardığı qədər müəyyən ağıllı manevrlər edir. Biz bəzi üzdəniraq Elxan Süleymanov kimi nümayəndələrimizin bacarıqsız, qabiliyyətsiz hərəkətləri nəticəsində bu təşkilatın hədəf nöqtəsinə çevrilmişik. Bizi bəlalardan qoruyan uca ALLAHDIR. Axırımız xeyirli olsun.