“70 YAŞI TAMAM OLUB, DƏYİŞDİRİLMİR...” – “Ya yaşı keçmiş adamları, ya da qanunları dəyişək”

“Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə ona verilmiş səlahiyyətlərindən istifadə edərək Fikrət Məmmədovun namizədliyini müzakirəyə təqdim edib. Mən sadəcə olaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, Konstitusiya Məhkəməsi haqqında qanunun 14.3-cü maddəsinə görə, Konstitusiya hakiminin vəzifədə olması ilə bağlı yaş həddi 70-dir. Fikrət müəllimin hələ 1 il 4 ay vaxtı var. Yəni bu məsələdə hələ heç bir problem yoxdur. Sadəcə olaraq diqqəti ona yönəltmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub”.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələnin müzakirəsi zamanı deyib.

Millət vəkili əlavə edib ki, üstündən də xeyli vaxt keçir, amma onlarla bağlı yeni təqdimatlar daxil olmur: “Hörmətli həmkarlar! Biz, təkcə Konstitusiya Məhkəməsində yox, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük. Hesab edirəm, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən vicdanlı hüquqşünaslar var. Onlar o vəzifələrə təyin oluna bilərlər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən Konstitusiya Məhkəməsi haqqında qanununu dəyişib, 70 yaş məsələsini çıxarmaq lazımdır. Yaxud hakimlərlə, digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq lazımdır. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Ona görə də, mən, təklif edirəm ki, tezliklə biz, müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq”.

635x100

Şərhlər

Şəkili 2024-02-24 21:57:48

Qanun hamı üçün şamil olunmalıdır. Kimin krişası var, yaş həddi ona ait deyil, Kim kasıb kütlənin üzvüdürsə cəld yaş həddi ona şamil edilir. Bu səbəbli ölkəmizdə sosial narazılıqlar artmaqda davam edir. Fikrət müəllim ən azından 4-5 min manat pensiya alır və onun bəsidir, Heç olmasa o vəzifəyə pensiya almayan şəxsin təyin olunması vacibdir, çünki işsizliyi nisbətən aradan qaldırılmasına start verirsən. Fikrət Məmmədovun qohumu , Şəki İcra hakimiyyətinin birinci müavini Həsən Həsənovun özünün 70 yaxın yaşı olmasına baxmayaraq hələdə vəzifədə saxlayırlar . Budur həqiqət, deməli qanunlarımız yalnız kasıb təbəqələrə aitdir ?

Dəqiq 2024-02-24 14:45:27

70 yaşlı və ondan yuxarı yaşda olan kadrla əslən k......Əgər Azərbaycan-türk olsa idilər onları 65-dən yuxarı vəzifələrfə işləməyə qoymazdılar.İnanmayan diqqətlə yoxlasın.

Bəhram 2024-02-23 15:38:11

70 yaş 71ci ili xatırlatdı. 1971ci ildən Səhiyyə, Tibb hər bir yetkin şəxsin, işçinin bir dəfəyə iki əllə 30, bir əllə 15 kg dan çox yüklənməsini tövsiyə etmir ki, həmin fəndin bir neçə dəfə təkrarlanması insan orqanizminə təhlükəli fəsad verə bilər? Bir dəfədə Erqonomik yüklənmə hədləri bütün işçilər üçün 50, 25 kğ dan optimal 30, 15 kg a endirilib! Hakim, alim, müəllim çoxillik bilgi və ömür təcrübələri ilə daha güclü-faydalı olur!!!

Qüdrət bəyə 2024-02-23 13:19:05

Qüdrət bəy,iyə Fikrəti misal göstərirsiniz? Baş nazirin Əsədovin,müaainləri Eyyubovun (Əslində Əyyubov deyilir və yazılır. Yəqin bunun da milləti qarışıq və ya sonradan qoyulandır ), Əmədovun neçə yaşı var.Ona görə ölkəni işsizlik bürüyüb.Bu adamlar həm yüksək maaş alır və həm də layiq olmadıqları yüksək pensiya! Bunun kimi,Prezident aparatında nə qədər pensiyaçı bəslənir.Toxunduğunuz məzmun həqiqətə maraq kəsb edir.Bəs bu məsələyə prezident necə baxır?Davam edin.

Adam 2024-02-23 13:14:46

O qanunlarda o qeder boşluqlar var ki... Tebii, qanun hamı üçün qanundur, hekimi, müellimi 65 yaş olan kimi, çıxarıllar ki, işleye bilməzsen, amma, bezi rehber vezifelerde 80 yaşındakıkar oturub.

Mubariz 2024-02-23 13:13:47

Siyasi Büro üzvləri ancaq kresloda ölərkən vəzifələrini tərk edərdilər

Məmməd 2024-02-23 12:59:56

Yox əşi!? Olmaz. Yəni qanunda dəyişiklik lazımdır, doğrudur. Amma hamıya ucdantutma bunu tətbiq etmək qətiyyən olmaz. Qanunda dəyişiklik edib göstərilməlidir ki, bizdə bəzi sort insanlar var ki, Qanun onlara aid deyil. Onlar "вне законе" Bununlada söz söhbət yığışar...

Son yazılar