MOSKVA TERRORUNDA "ERMƏNİ İZİ"... - Putin Paşinyanın zənglərinə niyə cavab verməyib?

Ermənilərə Rusiyada xaos üçün psixoloji terror sifariş edilib

Rusiyada törədilmiş dəhşətli terror aktı dünya gündəminin əsas müzakirə mövzusudur. Bir çox ölkələr, hətta ABŞ başda olmaqla, bəzi Qərb ölkələri də bu bəşəri cinayətlə bağlı Rusiya ilə həmrəy olduğunu bəyanlayır. Və əksər ölkələrin liderləri prezident Vladimir Putinə telefonla zəng edərək, dəstəklərini ifadə edirlər.

Təbii ki, bu, tamamilə normal beynəlxalq reaksiya metodudur. Ancaq bəzi ölkələrin həmrəylik bəyanatları Rusiya siyasi dairələri tərəfindən qeyri-səmimi davranış kimi dəyərləndirilir. Hətta prezident Vladimir Putinin bəzi dövlət liderlərinin telefon zənglərinə ümumiyyətlə, cavab vermədiyi də bildirilir. Və onların sırasında Ermənistan baş naziri Nikol Paşinyan da yer alır.

411743_src.jpg (32 KB)

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Moskvada baş vermiş terror aktı ilə bağlı həmrəylik ifadə etmək üçün dəfələrlə prezident Vladimir Putinə telefonla zəng edib. Ancaq Kremldən erməni baş nazirə bildiriblər ki, prezident Vladimir Putin hazırda daha vacib işlərlə məşğuldur və onunla danışmağa vaxtı yoxdur. Və bu səbəbdən də, baş nazir Nikol Paşinyan Kreml sahibinə həmrəyliyini teleqram göndərməklə, ifadə etmək məcburiyyətində qalıb.

Halbuki, prezident Vladimir Putinin MDB məkanına daxil olan bütün həmkarları ilə telefon ünsiyyətinə vaxt tapdığı barədə dəqiq məlumatlar mövcuddur. Belə anlaşılır ki, Kreml sahibinin yalnız erməni baş nazir üçün vaxtı olmayıb. Yəni, prezident Vladimir Putin baş nazir Nikol Paşinyanın səmimi olmadığını bildiyi üçün ona vaxt ayırmağı boşuna zaman itkisi hesab edib. Və son vaxtlar rəsmi İrəvanın Rusiyaya qarşı ən intensiv siyasi terror kampaniyası apardığını da nəzərə aldıqda, prezident Vladimir Putin öz davranışında tamamilə haqlı görünür.

Digər tərəfdən, bəzi iddialara görə, "Crocus City Hall"da törədilmiş terror aktının arxasından "erməni izi"nin çıxma ehtimalı da qətiyyən istisna edilmir. Belə ki, bəzi Rusiya KİV-ləri bu mövzuda artıq bəzi iddialar yatmağa başlayıblar. 

Hətta Rusiyanın Kreml əleyhinə mövqe tutan "Dojd" telekanalı son terror aktının şahidlərini danışdırarkən, cinayətin "erməni izi" ilə bağlı məlumat açıq mətnlə efirə verilib. Belə ki, "Crocus City Hall" terrorunun zərərçəkənlərindən biri mülki şəxslərə atəş açan terrorçuların ermənicə söyüş söydüklərinə şahid olduğunu bildirib.

2828.jpg (39 KB)

Təbii ki, Ermənistanın Rusiyadakı səfirliyi "Dojd" telekanalında gündəmə gətirilən bu şahid ifadəsindən ciddi şəkildə narahat olub. Ermənistan səfirliyi həmin telekanalı Rusiya cəmiyyətində məqsədli şəkildə ermənilərin əleyhinə əhval-ruhiyyə yaratmaq cəhdində günahlandırıb. Və bunun yolverilməz olduğunu vurğulayıb.

Ancaq Ermənistan səfirliyi nə qədər təkzib etsə də, hər halda, narahatlıq üçün səbəblər də olmamış deyil. Hər halda, ermənilərin tarixən terrorizmə bağlı olduqları, hətta keçmiş SSRİ ərazisində ən dəhşətli terror aktlarının məhz ermənilər tərəfindən törədildiyi də inkaredilməz reallıqdır. Üstəlik, Ermənistanın Rusiyaya xəyanət edib, Qərbə sığınmağa cəhd göstərdiyi bir mərhələdə ermənilərin Kremli ən böyük düşmən hesab etdikləri də məlumdur. Və erməni terror təşkilatlarının Ermənistana düşmən hesab edilən ölkələrə qarşı planlı terror aktlarl ilə qarşılıq verdikləri də faktlarla təsdiqlənib.

Maraqlıdır ki, "Crocus City Hall" terrorunda hələlik yalnız adları hallanan ermənilər bu hadisədən dərhal sonra Rusiyada daha iki terror hesab edilə biləcək cinayətdə iştirak ediblər. Belə ki, Rusiyanın cənub bölgəsində - "Mineralniye Vodı" şəhərində bir erməni avtomobili insanların üzərinə sürüb. Bu erməni cinayəti bir neçə mülki şəxsin həyatını itirməsi ilə nəticələnib. Və hazırda Rusiya hüquq-mühafizə orqanları bu dəhşətli cinayətlə bağlı araşdırmalara başlayıb.

Eyni zamanda, ermənilər Rusiyanın "Şeremetyevo" hava limanında psixoloji terror törədiblər. Belə ki, Moskva-İrəvan reysi üzrə havaya qalmalı olan təyyarəyə minik başladıqdan sonra bir erməni qadın çantasında bomba olduğunu bildirib. Nəticədə Moskva-İrəvan təyyarə reysi təxirə salınıb və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları çantasında bomba apardığını bildirmiş erməni qadını həbs ediblər və ciddi araşdırmalara başlayıblar.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Son iki törədilən cinayət hadisəsinin ardından rəsmi məlumat qurumlarına alternativ Rusiya təhlil və informasiya qaynaqları ermənilərin Kremlə qarşı psixoloji terrora fəaliyyətinə başladıqları qənaətinə gəliblər. Onların fikrincə, hazırda Rusiyada fəaliyyət göstərən bəzi erməni diaspor qrupları Moskvadakı terror aktının rus cəmiyyətində təsirlərini gücləndirmək missiyasını öz üzərlərinə götürüblər.

Rusiya alternativ qaynaqları hesab edirlər ki, məhz erməni diasporu hazırda ölkədə siyasi-ictimai prosesləri daha da gərginləşdirə biləcək psixoloji terror mexanizmlərinə malikdirlər. Və onlar vaxtilə keçmiş SSRİ-nin süqutu ərəfəsində bu psixoloji terror mexanizmlərindən Qərbin sifarişləri ilə maksimum səviyyədə istifadə ediblər. Və eyni prosesin indi Rusiyaya qarşı da başladılmaq üzrə olduğu ehtimal edilir.

Bu ehtimalın müəllifləri onu da vurğulayırlar ki, hazırda Ermənistan ərazisi Qərb kəşfiyyatının ən rahat fəaliyyət göstərdiyi məkandır. Üstəlik, Ermənistan və Fransa arasında imzalanmış kəşfiyyat fəaliyyətinin koordinasiyası barədə müqavilədə Rusiyaya qarşı da ortaq casusluq fəaliyyəti nəzərdə tutulub. Və belə bir fəaliyyət üçün Rusiyada yaşayan ermənilər olduqca sərfəli cinayət şəbəkəsi rolunu oynaya bilər. (musavat.com)

635x100

Şərhlər

Camal 2024-03-25 13:42:48

ermənilər təkcə rusun deyil, Bəşəriyyətin düşmənləridirlər

Son yazılar