ŞƏRÇİ “TELEJURNALİST”... - Solovyovun məqsədi nədir? + FOTO

Martın 22-də Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert zalında 150-yə yaxın insanın ölümü ilə nəticələnən dəhşətli terror aktı fonunda növbəti çirkin dezinformasiya yayılıb. Həmişə olduğu kimi, bu dəfə də situasiyadan öz məqsədləri üçün istifadə etməyə çalışanlar meydana çıxıblar.

Rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyov da anti-Azərbaycan mövqeyini yenidən nümayiş etdirmək üçün “Crocus City Hall” terrorunu “fürsət” bilib. Düzdür, onu öz ölkəsi ilə yanaşı, Azərbaycanda da yaxşı tanıyırlar, necə deyərlər, hansı yuvanın quşu olduğunu bilirlər, bilirik. O həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, heç vaxt obyektiv ola bilməyib, faktlar ortada olduğu, gözünə girdiyi məqamlarda da onun üzərindən keçib, üzünü o biri tərəfə çevirib Azərbaycana qarşı şər-böhtan atıb, ağlına və ağzına gələni danışıb.

Amma V.Solovyov o qədər də ağılsız və sadəlövh deyil, bir media nümayəndəsi üçün ən ağır mənəvi cəza və yük olan faktları təhrifetmə missiyasını elə-belə çiyinlərinə götürməyib, bu yükün altına havayı girməyib. Bəs onun “dəyirmanının suyu” haradan gəlir? Telejurnalistin Azərbaycana atdığı şər-böhtanın mənəvi əzabını azaltmaq üçün maddi rifahını kimlər təmin edirlər?

O, erməni lobbisinin, Rusiyadakı erməniəsilli biznesmenlərin sifarişlərini yerinə yetirir. V.Solovyovun bir neçə açıqlamasına baxandan, oxuyandan sonra bunu əminliklə söyləmək olar.

Onun erməniəsillilər - rusiyalı jurnalist Marqarita Simonyan və media maqnatı Aram Qabrielyanovla işbirliyini təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi.

Bundan başqa, onun anti-Azərbaycan bəyanatlarının əsas sifarişçilərindən biri Rusiyanın məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyandır. Telejurnalist müsahibələrində deyib ki, adıçəkilən oliqarxla yaxın dostdur, tez-tez görüşürlər. Görünür, V.Solovyov S.Karapetyanın hüzurunda hər dəfə peyda olanda pulla yanaşı, Azərbaycanla bağlı sifarişlər də alır və yerinə yetirir.

V.Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni şər-böhtançı dəst-xətin davamıdır. Hiss olunur ki, onların başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

Bu baxımdan, V.Solovyovun son hərəkəti də, əslində, təəccüblü olmamalıdır. Amma iş orasındadır ki, artıq şübhəlilər tutulublar. Üstəlik, istintaq davam edir. Əvvəla, belə bir vaxtda V.Solovyovun açıqlaması, əslində, istintaqın gedişinə müdaxilədir. Doğrudanmı bunu başa düşməyəcək qədər savadsızdır?

İkincisi, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, jurnalistin işi obyektiv reallıqları təqdim etməkdir. V.Solovyov isə nəinki bunu etmir, heç dövlətinin maraqları üçün də çalışmır. Çünki sözügedən açıqlama birbaşa Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır. Bunu anlamaq üçün xüsusi təhlilə ehtiyac yoxdur. Necə deyərlər, hər şey gün kimi aydındır.

Təsadüfi deyil ki, artıq Rusiyada Azərbaycan icmasına qarşı təzyiqlər başlayıb. Bu prosesin gələcəkdə daha da şiddətlənməsi və real hücumların baş verməsi istisna deyil. Əlbəttə, bu, Rusiya ilə Azərbaycan arasındakı normal münasibətlərə zərbə vura bilər. Ən azından, suallar yaranacaq. Bu isə indiki vaxtda ən çox Ermənistana lazımdır. Belə bir ssenari Rusiya üçün isə kifayət qədər arzuolunmazdır.

Məlum olduğu kimi, Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı təzyiqlər artıb, Qərb bloku ölkəyə qarşı sərt sanksiyalar qoyub, Moskva ilə əməkdaşlıq edən ölkələrin sayı azalıb. İndi hamı Kremlə şübhə ilə yanaşır, ondan uzaq durmağa çalışır. Dünyanın əsas güc mərkəzlərindən biri sayılan, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, böyük təbii resurslara malik Rusiya ilə əməkdaşlıqdan imtina edən ölkələr bundan ziyan çəksələr də, indiki mərhələdə Moskvaya yaxın durmaq istəmirlər.

Beynəlxalq aləmdə anti-Rusiya ab-havasının hökm sürməsinə baxmayaraq, Moskva ilə ənənəvi əməkdaşlığını, normal münasibətlərini saxlayan az sayda ölkələr də var və Azərbaycan bu sahədə sabit siyasi kurs həyata keçirir. Hazırda Bakı-Moskva münasibətləri normaldır, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq edirlər, qarşılıqlı səfərlər həyata keçirilir, siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf edir. Üstəgəl, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır.

Belə bir situasiyada Azərbaycanla münasibətlərin qorunması Rusiyaya hava-su kimi lazımdır. Bunun üçün isə Rusiyanın müvafiq qurumları ən qısa zamanda Solovyovun bu bəyanatına reaksiya verməli, izahat tələb etməlidirlər. Həmçinin, gələcək təxribatların qarşısı konkret formada alınmalıdır. Əks halda o, istəyinə çata - Rusiyada yaşayan azərbaycanlılara qarşı qıcıq yarada, bundan sonra isə dövlətlərarası münasibətlərdə nifaq toxumu səpə bilər.

Digər tərəfdən, telejurnalist Azərbaycan və azərbaycanlılar əleyhinə əsassız bəyanatlar verməklə iki xalq arasında nifaq salır və bununla həm də cinayət törədir. Çünki Rusiya Cinayət Məcəlləsinə görə, xalqlar arasında qarşıdurma yaratmaq ağır cinayətdir. İndiyə qədər Azərbaycanla bağlı törətdiyi təxribatlardan bir nəticə əldə edə bilməyən, bununla da ağalarını narazı salan V.Solovyov indi də cinayətə əl atır.

Bunları nəzərə alsaq, deməliyik ki, V.Solovyov “Roma Papasından daha çox katolik” olmaq ritorikası ilə öz dövlətinə arxadan zərbə vurur, pul qarşılığında Ermənistan üçün çalışır. Rusiya rəsmiləri bunun qarşısını təcili almalıdırlar.

“Report” İnformasiya Agentliyi

635x100

Şərhlər

Şahin 2024-03-27 08:24:28

Solovyovdan arvadı vasitəsilə qisas almaq gülməlidir.Eləarvadalardan o tərəflərdə çoxdur.Solovyov tək deyil .Digər bir verilişdə Şeyninin verilişinə dəvət olunan Karine adlı bir adama oxşamaz təhqirlərini davam etdirir. Onlara Xarici işlər nazirliyi tərəfindən , ən azı səfirliyimiz tətərəfindən cavab verilməli ,savadlı bir vəkil vasitəsilə məhkəməyə verilməlidir,Yoxsa bizim rəylərimiz həmişəki kimi Biləcəridən O tərəfə belə kecməyəcək

dadaşyev 2024-03-27 01:28:29

Sovetlər dağlandan sonra zəifləmiş Rusiya Yeltsinin vaxtında dünya xristianlığının diqqətini özündən uzaqlaşdırmaq üçün islamofobiya yaymaqla məşğul idi,hətta NATO-ya da guya yaxın gələcəkdə girə biləcəyinə eyham da vurmuşdu ki,niyə də olmasın.Yəni birlikdə olaq,islamı əzək.Oğul Buşun vaxtında bu hiylə o qədər yaxşı işlədi ki,ABŞ özü öz ekiz qüllələrini vurub İraqı, Əfqanıstanı dağıtdı.Amma bir də baxdılar ki,diqqətdən kənar qalan Rusiya neft milyardlarıyla elə dirçəldi ki,Gürcüstana hücum edib onun iki vilayətini işğal etdi və Rusiyaya birləşdirdi.Amma o qədər əhəmiyyət vermədilər və Rusiyanın islamofobiya təbliğatıyla xumarlanmaqda davam edərək işlərinə ərəb baharıyla davam etdilər,Qəddafini, Mübarəki devirdilər,Tunisi və Suriyanı qarışdırdılar.Rusiya bir az da güclənərək bu dəfə Ukraynanın Krımını alıb özünə qatdı.Yenə Qərb o qədər də əhəmiyyət vermədi,bu dəfə Türkiyəni dağıtmaq üçün İŞİD adlı terror dövlətini qurdular.Bir də onda ayıldılar ki, Rusiya artıq Ukraynaya girib. Bax o zaman anladılar ki, rus islamofobiya hiyləsiylə dirçəlməyinə zaman qazanırmış.Və nəhayət, gec də olsa Rusiyaya qarşı dünyanın 60-dan çox ölkəsi birləşdi.Müharibə uzandıqca təbii ki ruslar itirə-itirə gedəcəklər,onun üçün Putin yenidən Qərbin diqqətini özündən kənarlaşdırmaq və islam təhlükəsinə yönəltmək hiyləsinə əl atıb,ona görə FSB-nin əliylə Moskvada böyük bir terror hadisəsi törədib günahı islamçılar üzərinə atmalıydı.Belə də etdi,MDB məkanında islami ölkələrdən ən zəif bənd Tacikkistandı deyə bir neçə bədbəxt taciki tutub döyüb bonuna qoydular ki,guya terroru bunlar törədib,özləri də islam fundamentalistləridir.Yaxşı ki Ukraynayla sərhəddə İmamoli Raxmon olmayıb o tuthatut vaxtında,yoxsa onu da tutub terrorçu eliyərdilər.Bu eşşək də Kremlin ruporu olduğu üçün io səbəbdən slamofobiyanı körükləməyə başlayıb.Əmri yerinə yetirir yəni.Çörəyi Kremldən çıxır.

Türk Turan 2024-03-26 23:27:53

Aidiyyatı orqanlar dərhal müdaxilə etməli, Rusiya tərəfinə sərt tənqid ünvanlanmalıdır...

Camal 2024-03-26 22:42:33

Çox yəqin ki, rusiya rəhbərliyinin solovyovun vaxtaşırı belə hürməsindən xəbəri var. Özləri bu iti hürdürürlər. Öz ölkələrini idarə edə bilmirlər, başqalarına hürürlər.....

ƏNHU 2024-03-26 18:54:17

"Report"un diqqətinə onu çatdırmaq istərdim ki, orucum sınmasın deyə adını dilimə gətirmək istəmədiyim o murdar məxluqun redaksiyası demək olar ki, Kremldə yerləşir.Və bütün verilişlər birbaşa oradan translyasiya edilir. Murdar məxluqun genində 4 irqin, 77 kişinin kodu var. Onu istənilən tərəfə hürdürtmək mümkündür. Ruslar bunu qeyri-rusların əli ilə edir. Yoxsa, bir qotur teleaparıcıya kim bu boyda meydan verər?

Tahir 2024-03-26 17:54:09

Solovyovun arvadı azərbaycanlı ilə oynaş olub və bu səbəbdən də arvadından ayrılıb. Yəni arvadının azərbaycanlını ondan üstün tutmasını Solovyov nə anlaya bilir nə də həzm edə bilir. Onun Azərbaycanla dərdinin nüvəsində məhz bu amil durur. İndi Solovyov bunu açıq deyə bilmir axı. Odur ki, həm qisas almaq həm də pul qazanmaq üçün erməni variantından bəhrələnir.

Son yazılar