YAP SEÇKİ HAZIRLIĞINA BAŞLADI – Hansı deputatlar hakim partiyanın siyahısında olmayacaq?

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Gününsəsi.info” saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək. “Milli Məclisin YAP-dan olan hazırkı deputlarının bir çoxu siyahıda olmayacaq”, - xəbərdə iddia olunur.

O da bildirilir ki, YAP-ın irəli sürəcəyi namizədlərin seçimində bu dəfə elə namizədlərə üstünlük veriləcək ki, onlar ədalətli seçkidə qazanmaq iqtidarında olsunlar. “Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özləri qazanmalıdır”, - mənbə vurğulayıb.

Xatırladaq ki, “AzPolitika.info” saytı iki həftə əvvəl (https://azpolitika.info/?p=749632) özəl mənbələrə istinadla iyun ayında ölkədə yeni parlament seçkilərinin keçiriləcəyini yazıb. Halbuki, Konstitusiyanın tələbinə görə, növbəti seçki bu ilin noyabr ayında olmalı idi. Məlumata görə, bunun səbəbi ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.

Mənbələrimiz qeyd edir ki, bu dəfə ölkə parlamenti 2020-ci ilin fevralından fərqli olaraq, özünü buraxmayacaq. Bu praktikanı təkrar etməmək qərara alınıb. Ona görə də Milli Məclisin ölkə başçısının müvafiq qərarı ilə buraxılacağı gözlənilir.

Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Həmin maddəyə görə, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır.

Bundan başqa, Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər¬) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır. Daha dəqiq desək, Konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər.

Göründüyü kimi, bütün bunlar texniki məsələlərdir və böyük ehtimalla ölkə başçısının parlamentin buraxılması barədə qərarından öncə həmin şərtlər təmin olunacaq.

“AzPolitika.info”

635x100

Şərhlər

Şəkili 2024-04-02 21:41:05

30- ildir ki, görmədim ki, Şəkidə seçicilərinə xidmət edən Adam dceputat təyin edilsin ? Yazıq Şəki ..................!

MİLLƏT 2024-04-01 09:24:26

Nə qədər YAP JULİK BİZNESMENLƏRİ,QEYRİ MİLLƏTƏ MƏNSUB OLANLARI,,(FİKTİV AZƏBAYCAN ADLARI VERİLƏNLƏRİ) DEPUTAT GÖRMƏK İSTƏYƏCƏK,ONUN HÖRMƏTİ CƏMİYYƏTDƏ OLMAYACAQ.XALQ ÇOX HALLARL BİLİR,SADƏCƏ BALALARININ YAŞAMI XATİRİNƏ DÖZMƏYƏ VƏ SUSMAĞA MƏCBUR EDİLİB.

İsmailə 2024-03-31 12:49:38

30 ili yox elə60 ili düsən daha doğru olat...

Cəmşid Dərləzliyə 2024-03-30 16:02:36

Və həm də bu dəyişiklik AZərbaycana,vətəndaşlara nə verib?,,,Ona görə AZərbaycanda işizlik.yoxsulluq.acınacaqlı həyat davam edir.Azərbaycanda konstitusiya son 60 ilə neçə dəfə dəyişikliklər edilib və bu dəyişikliklərin mövzusu nə olub?

Cəvahir 2024-03-30 08:50:01

Azərbaycan Respublikasında Deputatlığa namizəd hər bir şəhər və rayon üzrə həmin yerlərdə doğulan.uzun müddər yaşayaraq şəhər və rayonun,vəziyyəti ilə tanış olan.əhalisi ilə daim ünsiyyətdə olan Azərbaycan türkü olmalıdır.Naxçıvan əsilli,milli qarışıqlığı olan şəxslərin aərbaycanın Naxçıvan ərazindən başqa şəhər və rayonlara deputatlığa namizəd kimi soxuşdurulması və saxta seçkilərlə mandat alması qeyri etik və qanundan kənar sayılır.

Şəkidən 2024-03-29 21:28:04

Seçkiyə kəçlən xərcləri aradan qaldırmaq üçün ölkəmizdə Referendum keçirilməli, seçki sözü təyinat sözü ilə əvəz olunmalıdır. Onsunzda seçkidə elə adamlar deputat təyin olunublar ki, onlar özlərinə və təyin olunduğu rayonun İcra Başçılarına xidmət edirlər. Belə deputatlardan əhalinin c anını qurtarmaq lazımdır ! Dövlətini və xalqını qəlbən sevən savadlı insanlar Deputat seçilməlidirlər !

Cəmşid Dərələyəzli 2024-03-29 09:56:30

Gözləyiri ki. cənab Prezident nəhayyət də Ölkə Konstitutsiyasına köklü islahatlara gedilməsi ilə bağlı öz fikirini bildirəcək. Sonra Ölkə Parlament qarşıdakı seçgiyə hemin islahatlarla gedəcək.Zatən bu msəslədə çox gecikmişik və nəticə də göz qabağında. O nəticə ki, Sosila iqtisadi və kadr islahatları mövcud idarə etmə sistemi dəyşmədiyi üçün, bu sahələrdə qarşıya qoyulan hədəflərə ulaşmaq sadəcə zaman alır. Xüsusən də seçgi məsələsi və qanunverici hakimiyyətin vəziyyəti.

Moshu 2024-03-29 09:16:33

Maraqlı bir epizod yadıma düşdü. Ali Sivetin iclaslarından birində İsgəndər Həmidov çıxış edərək bildirmişdi ki, deputatların 95 faizi məsuliyyətə alınmalıdır, yəni cinayətkardırlar. Deputat Tahir Əliyev o vaxtkı sədr İsa Qənbərə müraciət edib İsgəndər Həmidovun yerdə qalan 5 faiz təmiz deputatların kim olmasını bildirsin. İsa Qənbər halını pozmadan cavabında bildirdi ki, Tahir bəy buna ehtiyac yoxdur. Deputatların ümumi sayından 5 faizi götüesək, bu 2,5 deputat edir, onlardan 1,5-I sizsiniz, 1 nəfəri də mənəm.... Ötən seçkidə tanıdığım bir nəfər bitərəf kimi deputatlığa namizədliyini vermək istəyirdi. Son nəticədə ona bildirmişdilər ki, mütləq YAP-dan razılıq olmalıdır. Fikrimcə, referendum keçirib seçki sözünü təyinat sözü ilə əvəz etsinlər. Bu qədər xərc, əhalinin vaxt itkisinə yol verməsinlər. Əgər namizədin fiziki durumu buna imkan verirsə, yaş məsələsi gündəmdə olmamalıdır. Düzdür, Parlamentə yeni nəfəs, yeni gənclər gəlməlidir, amma təcrübəli insanların da təcrübəsindən faydanılmalıdır. Elə bir şərait yaradılmalıdır ki, Azərbaycan vətəndaşı seçkilərin həqiqiliyinə inanmalıdır. Bu gün bu inam yoxdur, seçici ilə vətəndaş arasında dərin uçurum yaranıb. Elə dairələr var ki, heş deputatlarının üzünü də görməyiblər. Bu qədər sadə.

İsmayıl 2024-03-28 17:05:40

...bu dəfə elə namizədlərə üstünlük veriləcək ki. onlar özləri qalib gələ bilsinlər. Ömrünün 30 ili belə getdi...

Son yazılar