“Erməni əhalisinin Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının bölgədə olmasının səbəbləri azalıb”.
“AzPolitika” xəbər verir ki, bu fikri “Gazeta.ru”ya müsahibəsində Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) işləri üzrə komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan indiyə qədər qoşunların çıxarılması məsələsini Rusiya ilə münasibətləri pozmamaq üçün qaldırmayıb: "Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi indiyə qədər onların çıxarılması ilə bağlı məsələni ancaq ona görə gündəmə gətirməyib ki, bu, Rusiyada məğlubiyyət kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri azdır".
Bununla belə, deputat hesab edir ki, Rusiyanın sülhməramlı qoşunlarının Qarabağda olması erməni əhalisinin evlərinin qorunmasını təmin edir.
"Bəzi ermənilərin Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin onlar Azərbaycanın rəsmi olaraq irəli sürdüyü şərtləri çətin qəbul edələr... Ona görə də Qarabağda Rusiya sülhməramlılarının qalması çox çətindir. Erməni əhalinin Qarabağı tərk etməsi onların orada olma səbəbini aradan qaldırdıı", - Zatulin bildirib.
“AzPolitika.info”

Şərhlər