Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar "AZƏRTAC"-ın sualını cavablandırarkən deyib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - H.Hacıyev bildirib.

Şərhlər
Bəs deyirlər 102 ci baza Qarabağda yerləşəcək.Bu doğrudur? O zaman tula itdən də murdar olar.
Çox yaxşı. Amma maraqlısı odur ki, onlar hara gedirlər. Rusiyaya, yoxsa Ermənistanla sərhəddə. . Elə bilirəm Rusiya Ermənistanla sərhəddə yerləşib, sonradan da 10 noyabr sazişinə uyğun Zəngəzur koridorunda nəzarət missiyasını həyata keçirəcək. Rusiya bununla da Zəngəzurda Şərq qərb keçidinin açarını ələ keçirmiş olacaq və bundan da öz geoopolotiq siyasətini diqtə edəcək. Yəni Rusiyanı hafifə almaq, gücünü küçümsəmək sadəcə sadəlöhvlük olar. Sevindirici haldır ki, Azərbaycanın dövlət başçısı bütün bunları gözəl bilir və Rusiyaya qarşı siyasətini də, məhz ona görə qurur.