Bu həftənin sonunda Azərbaycanda parlament seçkisinin elan olunacağı gözlənilir.
“AzPolitika”ya daxil olan məlumata görə, növbədənkənar seçki iyunun sonlarına təyin olunacaq.
Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabr ayında keçirilməli idi. Lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir.
Həmçinin, “AzPolitika”-ya daha öncə daxil olan məlumatda deyilirdi ki, ölkəmizdə növbəti parlament seçkisi bu ilin iyun ayında keçiriləcək. Odur ki, həftəsonu Azərbaycanda iyun ayında parlament seçkisinin keçirilməsi ilə bağlı qərarın elan olunacağı gözlənilir.
Məlumata görə, seçkinin iyun ayına təyin olunmasına səbəb ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.
Xatırladaq ki, həmçinin, Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş olardı.
Böyük beynəlxalq tədbirlərə gəlincə, buraya noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin “COP29” sessiyası və “Formula-1” yarışını aid etmək olar.
Xatırladaq ki, Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib.
Rasim
“AzPolitika.info”

Şərhlər
xarici işlər nazirliyini də buraxsaydıllar, ceyhun bayramovu və onun .... müavini fariz rzayevi həbs etsəydilər... onda demoqratiyanın varlğına inanardım....
İndiyə qədər seçilib neyniyiblər ki,indidən sonra seçilib neynəsinlər?O boyda ABŞ Konqresində cəmi 535 deputat var əhalisi 320 milyon ola-ola,bizdə 10 milyon adam üçün 125 deputat.O hesaba ya bizdə cəmisi 20 deputat olmalıdı,ya da ABŞ-da 15 mindən çox deputat.
Belediyye seckisi MDB ye kecirilen seckiler kimidir ..Hec. neye lazim olmayan formal bir qurum kimi qalib belediyye..
Azərbaycanda 50 ildir seçki keçirilir?siyahi ilə formal seçki adlı bir prosses baş verir.Məzahir əvvəldən "seçilənlərin"siyahisin alır və saxtakar siyahilər tərtib olunur,dövlət vəsaiti daöıdılırBu halın baş verməmsi,hakimiyyətin arzusunun sakitcə yerinə yetirilməsi üçün seçkiləri ləğv etmək,Fətmanla MM-i təşkil etmək həm artıq baş ağrısı yaratmaz,həm də dövət vəsaitləri boşuna xərclənməzdi.Onsuz da seçki saxta aparılır.
Parlament seçkisinin keçirilməsinə külli miqdarda büdcə vəsaitinin xzərclənməsini nəzərə alaraq, seçki keçirilməkdənsə, regionlarda deputatlığa təyinat olsa daha yaxşı olar !