“Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq planları yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

"Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan, hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik...". - deyə, dövlət başçısı bildirib. 

AİB-in tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı daha sonra da bunları deyib: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var".

AİB 2014-cü ildə yaradılıb. Quruma, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

“AzPolitika.info