"Bu günə addım-addım, atəş-atəş, səngər-səngər, dağları, qayaları dişimizlə gəmirərək gəlmişik. Nə qədər şəhid vermişik. Vücudunu qurban verən qazilərimiz var. İndi qarşımızda çaxnaşmaya düşən, öz dövlətinə ağ olan, Ermənistanın rəsmən etiraf etdiyi reallıqla barışmaq istəməyən erməni sakinlər var. Onlar öz iqidarlarını satqın adlandırırlar. Ölərik geri çəkilmərik deyirlər, amma həm də çəkilirlər..."
"AzPolitika" xəbər verir ki, bu fikirlər Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verilişində səslənib.
Müəllif daha sonra qeyd edib: "Maraqlıdır, ermənilər Qazaxla sərhəddə delmitasiyaya qarşı aksiyalar keçirirlər. Amma nədənsə ənənəvi Qərb arbitrləri dülimitasiyaya mane olan destruktiv ermənilərə sadəcə susur. Amma Laçın yoluna Makron Paşinyanın boynunda gəlməyə hazır idi. Nə əcəb dillərini dinməz yerlərinə qoyublar?!
Amma Azərbaycan öz yoluna davam edir. Heç nəyə baxmadan. Dörd kənd, məsələn Əskipara artıq Azərbacan Qanunlarının ərazisinə daxil olub.Aşağı Əskipara qürurumuzdan bayraq kimi baxanlarla yanaşı bir ovuc əski parası da, aşağı da var. Məhz əski parası və aşağı.
Baxın əsgərimiz bayraq qaldırır. Bu yalnız dörd kəndin qaytarılması demək deyil. Həm də iki dövlət arasında on illərdir gözlənilən sülh sazişinin imzalanması üçün nəhayət ki yaranan imkandır. Rusiya sülhməramlıları gedir... Azərbaycan ordusu təhlükəsizlik qüvvələri və polisi gəlir. Bu gün son günlərini yaşayan Mərkəz bağlanır. Dövlətimiz faktiki olaraq misilsiz tarixi hadisələrdən keçir. Sadəcə Bəxtəvərlik, xoşbəxtlik vaxtıdır. Və elə bu zaman namus defisitindən əziyyət çəkən bir ovuc, ətrafda qara-qura axtarır, bütün tarixinin ən böyük uğurunu qazanmış Xalqın əlindən onun Qarabağ zəfərini qapmağa, buna gücü çatmayanda isə həmin o qalibiyyətə tüpürməyə çalışır. Yoxsa bu boyda qürurun içində niyə -“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycanın şikayətini rədd etməyi xahiş edib!” olmalıdır ki baş xəbər? Yaxud insan nə qədər antivətən olmalıdır ki, sülhməramlı qüvvələrin getdiyi, sərhəd dirəklərinin azad torpağa bərkildildiyi bir vaxtda- Azərbahcanın şərəf, şan günlərində axtarıb özünəbənzər birini - Frans Şvabeni tapasan, (telefonumda şəkil) fəxrlə elan edəsən ki, Azərbaycana qarşı sanksiyaların zəruriliyini vurğuladıq, hələ üstəik onunla bir şəkil də çəkdirəsən!? Və ya nə qədər aşağı olmalısan ki, xalqın, dövlətin bu tarixi çağlarında mitinq keçirmək istəyəsən? (telefonumda şəkil ) Mitinq çağırıb nə istəyəcəklər? Yəqin tələb edəcəklər ki, Əliyev Qarabağı təcili Ermənistana qaytar! Çağöırış edəcəklər ki, Ermənistanın məğlub demokratiyasını Azərbaycanda bərqərar et! Yaxud bu, süpürgəsini minib ABŞ səmasında dörd dolanan efir itə öz ölkəsinə nə qədər nifrət etməlidir ki, vətənini, anasının, atasının mədfənini bu qədər aşağılasın...
Axı insan öz soyuna, öz kökünə, geninə, qanına nə qədər nifrət etməlidir ki, Turan deyə-deyə ali dəyərlərdən dəm vursun, amma o Turanın mahiyyətini təşkil edənlərə, Türkiyəyə, Özbəkistana Türkmənistana, Qazaxıstana həqarət etsin?! Türkmənistanı, Özbəkistanı pis nümunə kimi təlqin etsin! Böyük Turan niyyəti ilə Qarabağı- dirçələn Turanın bünövrəsinə çevirən, yeni dünya çağırışları fonunda türk dövlətlərini, özü də məhz Azərbaycanın qələbəsi ətrafında birləşdirən liderə asi olan- necə azərbaycanlı, türk ola bilər?! Bağılşayın, amma mən belə paylaşımları binamus paylaşımlar adlandırıram.
Özü də ona görə yox ki, kimisə təhqir etmək istəyirəm. Əsla. Sadəcə dövlət himnimizdə yeganə cümlədir ki, iki dəfə təkrar olunur. Bax o cümlə namusla bağlıdır. Namusunu hifz etməyə...
Baxın, mən “Binamus!!” deyəndə himnin namus sözünü qəbul etməyənləri adı ilə çağırıram. Deməli, qələbəmizi qorumağın hamımızın boynuna bir müqəddəs mükəlləfiyyət kimi qoyulduğu bir vaxtda qərbin barmağının ucuna dolanan saplaqların layiq olduğu qiyməti dürüst verməliyik".
Daha ətraflı videoda:

Şərhlər
... Sizlər jurnalistikamızın sütunlarısınız.
Allah Cəlal Əliyevə rəhmət eləsin