"Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz, minlərlə şəhidin haqqı var üzərində..."
İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov və digər deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışları ciddi rezonans yaradıb.
Əksər ekspertlər millət vəkillərinin çıxışına sərt reaksiya verərək, onları tənqid ediblər.
"AzPolitika.info" həmin ekspertlərdən biri - Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəylinin sözügedən məsələ ilə bağlı öz "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edir:
"İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını bildirir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Musabəyov tarixi yaxşı bilməli idi ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.
![]()
Burada televiziya maraqlanmalı idi ki, ekspert adı ilə danışan şəxslərin ağıllarına gələn sözləri işlətməsini vermək olarmı?...
İkincisi, bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan Baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?
Nəhayət, bu iki şəxslə bağlı isə yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz, minlərlə şəhidin haqqı var üzərində..."
Elman
"AzPolitika.info"

Şərhlər
Elə bu deputat özü də ermənidir.Azərbaycan dilində səlist danışmağı Artur Rəsizadə kimi öyrənməyib.lər.Deməli dilə hörmər erməyən yadellilər aramıza soxulublar.ad.soyad önəmli deyil,DİN Paspurt idarəsi bu sahədə mütəxəssisdir.Oranı yoxlayan olsa mlnlərlə belə ad ,soyad dəyişmə halları aşkar olunar.Bəs niyəsini niyə soran yoxdur?
Çox güman ki, oxucuların çoxu Nərimanovla Əliheydər Qarayevin monoloqunu yaxşı xatırlayırlar. 1920-ci ildə, parlamentdə çıxış edən Əli Heydər Qarayev, Qarabağı ermənilərə verməyi təklif edəndə, Nəriman Nərimanovun cavabı çox ağır olur: "Əli Heydər, Qarabağ sənin arxan deyil ki, hər istədiyinə verəsən". Ay Rasim Mısabəyov və Anar iSikəndərov Başkənd sizing .... deyil ki, erməniyə verəsiniz. Birincisi, insan dediyiniz məxluq dediyi sözün çəkisini bilməlidirlər, o ki, olasan ölkə parlamentinin deputatı. Yazıq parlament, gör səni kimlər təmsil edir. İkincisi, bu başı batmış deputatlar bilməli idilər ki, Başkənd Gədəbəy rayonunun əırazisindədir. Azərbaycanın bütün bölgəsi mənim üçün əziz və doğmadır. Mən bir Gədəbəyli kimi bu rayonla fəxr edirəm, çünki Azərbaycanda yeganə rayondur ki, erməniyə nəinki bir qarış torpaq verməyib, əksinə Ermənistan iqtisadiyyatının kənd təsərrüfatı sahəsində 30 faiz kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. Gədəbəyin ən məhsuldar torpağını vaxtı ilə erməniyə, daha doğrusu erməni qəhbəsinə görə peşkəş veriblər. Onların törəmələridirlər ki, bu gün hansısa ərazini erməniyə verməyə hazırdırlar. Vaxtı ilə Gədəbəyin ucqar səhv etmirəmsəbaşıboş başçılarımıəz 1968-1969-cu illərdə ərazisi 750 hektar olan Tağılar kəndini ermənilərə bəxşiş etmişlər. Bəd ayaqda Başkəndi bu ərazi ilə əvəzləyə bilərlər. Bu məsələ ölkə başçısının səlahiyyətində olan məsələdir. O, nə etmək lazım olduğunu yaxşı bilir. Maraqlıdır ki, hər iki və buna bənzər duputatlar Başkənddə olublarmı? Ayrımlarda yaxşı atalar sözü var. Şapalağın nə olduğunu şapalaq yeyən bilər. Ermənilər bu şapalağın dadını 1992-ci ildə daddılar. Bu gün mən də “razı olaram” ki, ermənilər Başkəndə qayıtsınlıar. Gədəbəyi başqa bölgələrlə səhv salmasınlar. Gədəbəydə qardaş qardaşa bir metr torpaq verməz, o ki, qala Başkənd kimi ərazini. Akıllı olun.
musanin babasi kim olub ? neveside odu, onu deputat edenlerdedi qúnah
Şərhini verdiyiniz ekspert İTV -ni günahlandırır ki niyə sözləri efirə veriblər ... Anlamır ki ,söz deyilibsə nə vaxtsa aşkarlığa qovuşacaq....Azərbaycanın igid oğlanları torpaq uğrunda şəhid olanda bunlar gizlənmişdi... .Belə «deputatları » olan ölkə basılmaz
Bu cür savadsız adamları TV-yə çıxartmaq lazım deyildir ki , ağızlarına gələn cəfəngiyyatı danışsınlar.
Musabeyovun babasi Qezenfer Musabeyov 1920-ci ilde Azerbaycanı Rusiyaya satanların başında gelir.İndi də nevesi iş başındadır
Acı tarixi gerçəyi arasaq, bütöv-geniş Qafqaz iflas-məğlub Osmanlıdan Rus çarlığına qənimət qalıb və onun varisi də Azərbaycan adlandırılb? Vahid bir Cəmiyyət olmaq cəhdləri mükəmməl nəticə verməsi əvəzinə daha xırda parçalanmalar Şimal və Cənuba, ANTANTA avropa Hərbi təşkilatının Rusiyaya Armeniya, Qruziya diktatları, qalan Azərbaycanın özünün 1975ci ilə qədər pay-pürüş vermələri təbii ki, ekspert və variant təklifləri üzrə yox, Səlahiyyətlilərin razılığı ilə verilib???