Məşhur Robinzon filmində filmin qəhrəmanı adadakı tənha həyatını maraqlı etmək üçün sahildə, üzü dənizə doğru xəyali bir kinoteatr quraşdırır və bu “kinoteatr”ın ekranında yalnız dəniz görünür. Öz “kinoteatr”ına növbəti “film”ə baxmağa gələn Robinzon xəyali qonşusundan soruşur ki, film nə haqdadır? Sonra özü də məyus-məyus cavab verir - “yenə dəniz haqqında...”
İndi şanlı tarixi keçmişi olan və yeni tariximizin bir zamanlar ən böyük müxalifət partiyası sayılan Müsavat Partiyasının növbəti qurultayında İsa Qəmbərin yenidən başqan seçilməsi eyni mənzərəni xatırladır – Müsavat Partiyası yenə eyni adada eyni filmə baxır...
Azərbaycanda özünü müxalifət adlandıran siyasi düşərgənin bugünkü durumu və bunun fonunda İsa Qəmbərin yenidən Müsavat Partiyasının başına gətirilməsinin obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də var.
Obyektiv səbəblərin başında Azərbaycandakı daxili siyasi mühitin reallıqları durur. Həmçinin, o da danılmazdır ki, Qarabağdakı möhtəşəm qələbə və qüsursuz xarici siyasət nəticəsində Azərbaycanda dünyanın ən ideal, ən şəffaf seçkisi keçiriləcəyi halda belə, ölkədaxili müxalifətin indiki hakimiyyətin qarşısında heç bir ciddi şansı olmayacaq. Digər səbəblərlə yanaşı, həm də buna görə Müsavat başda olmaqla, müxalif partiyalara axın yoxdur, hamı “yerində sayır” və yeni ciddi siyasi fiqurlar demək olar, yetişmir...
Ancaq subyektiv səbəblər də var. Bu, o deməkdir ki, digər partiyalar kimi, Müsavat da ötən dövr ərzində başqa bir nisbətən gənc, enerjili, istedadlı, xarizmalı və s. lider yetişdirə bilməyib.

İ.Qəmbərin yenidən partriyanın başına keçməyə razılaşması, yaxud özünün belə bir təşəbbüslə çıxış etməsi isə onun şəxsi mənəvi-psixoloji keyfiyyətlərilə yanaşı, partiyanı dirçəltmək istəyindən tutmuş yaxında keçiriləcək parlament seçkilərinə qədər bir çox səbəblərlə bağlı ola bilər. Məsələn, yeni parlamaentdə bu partiyaya da yer verilə biləcəyi barədə mülahizələr var. Bunlar yaxın perspektivə və məlum maraqlara hesablanmış məsələlərdir.
Lakin məsələnin sual doğuran digər bir tərəfi var. Hakimiyyətdə olduqları qısa dövrü bir kənara qoyaq, 2000-ci illərin əvvəllərində meydanlara on minlərlə, bəzən isə yüz minlərlə insan çıxaran müxalifətin indikindən qat-qat daha artıq media imkanları, daha böyük, savadlı, perspektivli komandası, beynəlxalq dəstəyi və s. olarkən İ.Qəmbər nəyə nail ola, həmin resurslardan nə dərəcədə doğru istifadə edə bilmişdi, ki, indiki zəif dövründə nəsə etsin?
Bu sualın cavabı həmin dövrün canlı şahidlərinə çox yaxşı məlumdur...

Bəs bütün bunları və hazırkı siyasi mühiti gözə aldıqda, İ.Qəmbər partiyanın başına gəlməklə indiki məhdud imkanlar daxilində nəyəsə nail ola, nəyisə dəyişə bilərmi?
Uinston Çörçilin məşhur bir ifadəsində deyilir ki, optimist hər bir çətinlikdə imkanlar, pessimist isə hər bir imkanda çətinliklər görür. Nədənsə, İ.Qəmbərin keçmiş siyasi fəaliyyətinə və əlindəki resurslardan istifadə tarixçəsinə və bacarığına nəzər yetirdikdə o, daha çox imkanlarda çətinlik axtaran təsiri bağışlayır, nəinki çətinliklərdə imkanlar tapan...
Azərbaycandakı daxili ictimai-siyasi mühit elə durumdadır ki, ümumiyyətlə, hər hansı bir partiya barədə istənilən xəbərin mətbuatda tirajlanmasının özü belə həmin partiya üçün “böyük qənimətdir”. Çünki cəmiyyətdə daxili siyasi proseslərə maraq, həmçinin də məlum liderlərin sayəsində, olduqca aşağı səviyyədədir. Bu baxımdan İsa Qəmbərin yenidən Müsavat başqanlığına qayıtması partiyanın adını müəyyən müddətə də olsa güdəmdə saxlamağa yarayacaq, başqa heç nəyə...
Yeri gəlmişkən, bu günlərdə yaxın jurnalist həmkarlarımızdan biri İ.Qəmbərə yazaraq, ondan partiya başqanlığına qayıtmasına münasibət öyrənmək istəyib. O da cavabında jurnalistə “Bəy, başqa nə var, nə yox” deyə mesaj göndərib...

Bu, özünü ciddi siyasətçi hesab edən, uzun illərdir hakimiyyəti söz azadlığını boğmaqda, mətbuata qarşı hörmətsizlikdə və daha nələrdə ittiham edən bir siyasət adamının jurnalistə cavabıdır...
Nə deyək, “yeni” sədr müsavatçılar üçün xeyirli-uğurlu, düşərli olsun...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bir dəfə ilk başqan olub nə etdi ki,indi nə etəcək?İnsanları ovalayıb .başlarını qaymqla və hakimiyyətdən qrant almaq üçün gəlib.bir də hakimiyytə yardım dəcək ki,millət ortaua çıxmasın
YAP ....partiyası olduğu həbs edilən,istintaqı davam edən YAP-çılatla və əldə etdiklərini xaricə daşıyan digər üzvləti ilə sübut edilir.
Agilli muxalifeti agilli dovlet yetishdirir! Azerbaycanda vetendash cemiyyeti ne gundedir, xeberiniz varmi? Yaxshi, gosterin gorum kimi isteyirsiniz? Ele agilli bir muxalifet var ki, onuda dovlet yetishdirib-YAP-i.
Belə bir partiyanın mövcudluğunu.bu partiyanın nə məssəbə qulluq etdiyini,Yarandlğlndan bu günə qədər hansısa nəticəli fəaliyyətini görən olubmu?Sadəcə Məmmədemin bəyin adından sui istifadədən başqa!bu partiya xalqa müxajif halında və rolunda olaraq boykotlat,sekidən yayındırmaq işlərinə üstünlük verib.Ona görə Müsavat "Partiyasını"müxalifər adlandıranlar böyük yanlışlığa yol veriirlər.
Hər kəsin elmi var.o insandır.Ancaq həmən insan elmini nəyə və kimlərə sərf etdiyi böyük önəm daşıyır.İsa Qənbər H.Əliyevin məktəbini keçib...
Çox-çox hörmətl və önəml Cəlal məllim, əvvəla Salam. Həmən mətləbə keçib deyim ki, məqalədə sizin dəsti-xəttiniz hiss olunmur. Mətndən bir könülsüzlük, bir başdansovdulu boylanır. Bunları qoyaq bir tərəfə. Peki, İsa Qəmbər bu qədər mənasız, perspektivsiz və "təhlükəsiz"dirsə nədən bu "sıfırlanmış" adama zaman xərcləyirdiniz? Demək ki, ortada nə isə var. İcazə verin o var olanı mən deyim. İsa Qəmbər uğursuz siyasətçi olsa da misilsiz natiqdir. O, başqanlığa qayıdıb parlamentə düşsə ölkə ictimaiyyətinin lazımı hissəsini öz tərəfinə çəkə bilməsə də beynəlxalq təşkilatların hamısını inandıra biləcək. Ona istinad edəcəklər. Tak cto İsa Qəmbər sıfırlanmış olsaydı sıradan bir hadisəyə görə milli media bu qədər əndişyə düşməzdi. Biz ikisini gizlədib birini deməməliyik.İsa Qəmbər savadlı və istedadlı adamdır. Bu həqiqətdir və həqiqət belə olur.
Şəmşirəm ağarıb saçım saqqalım,
Qocalıq üz verib pozulub halım
Bir qoca ovçuyam qaçıb maralım
Tüfəngi yalandan çaxıram evdə
Cəfər,ey nuri-dideyi Seyyid)))))),
qönçeyi -növrəsteyi və s., və işa..Əhli-elmə həmişə hörmət qıl.
İsa qənbər müsavat başqanı olanda bunu xaıq bilməli idi ki.Müsavar müxalifət partiyası şiti alrında hakimiyyətə xidmət edən əl müxalifəti oldu.Çünki Usa Qənbər kimdir? sualının cavabına diqqət etmək bunu sübut edər.