Millət vəkili Etibar Əliyevin Milli Məclisin bugünkü iclasında çıxışını təqdim edirik:
"Azərbaycanda yer tapa bilməyib xaricə çıxıb gedənlərin özlərini mühacir adlandırmağa mənəvi haqları yoxdur. Sevinc Osmanqızı, avantüristlər Aleks Raufoğlu (əvvəlki adı Ələkbər olub), Beydulla Manaf başda olmaqla bunların heç biri mühacir deyillər.
Mühacirlər Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və başqa görkəmli şəxsiyyətlər olublar. Savadsız, yelbeyin, vətənə bağlı olmayan adamlar mühacir deyillər, kimlərinsə əlində alətdirlər. Bunlar Azərbaycana qarşı yürüdülən ləyaqətsiz siyasətə dəstək verirlər. Zəfərimizi belə qəbul etmirlər.
ABŞ-nin 66 konqresmeni Nümayəndələr Palatasının Təsisatlar Komitəsini Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırmağa, ABŞ-nin Ermənistana hərbi yardımını artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təsisatlarını dayandırmağa çağırıb. Məktubda konqresmenlər Ermənistana müdafiə üçün 20 milyon dollar ayrılmasını da tələb ediblər.
Amerika və Avropaya sığınan milli satqınlarımızdan fərqli ABŞ-dən və Avropadan da mühacir olanlar var. Birini misal çəkəcəm. Adını çəkdiyim şəxsin vicdanı Osmanqızının vicdan asqırtısına bənzəmir. "Vicdan asqırtısı" anlayışı böyük filosof Jan Pol Sartra məxsusdur.
Nyu-Yorkda doğulmuş, yaşamış, baxışlarına görə dissident olan professor Maykl Parenti “Çirkli həqiqətlər” kitabında bu ölkəni mükəmməl xarakterizə edib. O yazır: “Dünyanın ən varlı dövləti bəşəriyyətə həmişə fəlakətlər gətirib və indi də ölkələrin daxili işlərinə müdaxilə etməkdə davam edir. Ölkənin problemləri isə saysız-hesabsızdır. Məsələn, hər il 30 minə yaxın amerikalı intihar edir, 13 milyon insan cinayətlərin qurbanına çevrilir. 37 milyon insan psixi vəziyyətlərinə nəzarət üçün tibbi preparatlar qəbul edir. Hər il 80 milyon insanın psixi köməyə ehtiyacı yaranır, milyonlarla uşaq şiddət nəticəsində evdən qaçır. 5 milyon nəfər türmələrdədir, 4,5 milyon aclıq içərisindədir. 7-10 milyon arası işsizlik mövcuddur. Bu ölkə 12 ilin içərisində 58 min əsgər itirdi Vyetnamda. 100 minlərlə bu müharibənin əlilləri oldu. Bu ölkədə bir neçə milyon nəfər öz əcəli ilə ölmür, zorakı səbəblərdən ölürlər.
Artıq “Pax amerikana” “Amerika sülhü” paradiqması işləmir. Qıc olub. Sülüh dəstəkləmək əvəzinə təcavüzkar Ermənistana hərbi dəstək verilməsinə çağırış edirlər. Azərbaycan dünyada terrorun kökünün kəsilməsində müstəsna rolu olan ölkədir. Rasional antiterror əməliyyatı buna bariz nümunədir. Azərbaycan özünü bütün dünyaya Sülh tərəfdarı olan dövlət kimi tanıtdırıb və tanıtdırmaqdadır.
Azərbaycanda keçiriləcək COP29 konfransı İqlim gələcəyinə həsr olunub və Bəşəriyyətin qayğısına qalmağa xidmət edir… Bəşəriyyət bunun faydalarını görəcək".

Şərhlər
Deputat nə qədər tünd olsa öz qabını sındırar.
Görünür elə kəskin danışıb ki,pərdələr bir saat drojeniya verib,Baksovetə piyada düşmək istəyən vətəndaşlar Məclis binasından gələn bağırtıdan qorxub tez taksi tutub aradan çıxıblar,elə biliblər NLO-filan gəlib.Hətta guya bir qadın kolyaskadakı uşağını qoyub qaçıb funikulyora,yaxşı ki polislər dalınca qaçıb uşağı veriblər ona.Qadın özündən gedibmiş funikulyorun girişində,naşatır spirti,odekolon filan tutublar burnuna,özünə gəlməyib,axırda biri bazardan öz puluna bir kilo ət alıb gətirib burnuna tutan kimi nə sirrdisə qadın o saat ayılıb.Ət bahadı axı.Qadın əti görən kimi hayıl-mayıl olub oğlana,oğlan da ah çəkib ki nişanlıyam,özgə malıyam,qadının da qol-qanadı sınıb yanına düşüb.İndi gipsdədi sağ qolu,amma vəziyyəti yaxşıdı,sol əliylə yemək yeyir Qay Yuli Sezar kimi.Əsas da odu ki,yadına düşüb ki lap oğlan ona könül versəydi də sevdaları baş tutmazdı,çünki özü də ərdədi,mutludurlar yəni.
Deptatın kəsgin və ya yumşaq danışığı nəyisə dəyişə bilər?Bu , insanların başını qatmaq üçün iqtidarın mənasız metodudur....Guya deputatların sözünü eşidən var? .....
Millətin savadlıları qabiliyyətliləri ölkəni tərk edirlər,əsasən də Azərbaycan türkləri. .. bizdən olmayan talançılar və yaltaqlar, rüşvətxor məmurlar milləti planlı şəkildə məhv edirlər.
Nə zamandan belə yazılar yazmaq savad hesab olunub? ....
Etibar bəy,Azərbaycan türklərinin son 30 ildə ölkəni tərk etməsini necə və nə ilə izah edərdiniz? Ancaq səmomo cavab verməniz gözləyirik.niyə ölkədə işsizlik.dolanma çətinliyi getdikcə artmaqdadr?Bilirsinizmi ki,insanların kürləvi köşünə səbəb sistem.rejim,polis özbaşınalığı və repressitalardır
Cixisin COP la bitmesini gozlemirdim acigi hansisa Nobel laurati olan alimin sozleri bitmeli idi final ..adeten bu tip cixislar edir hemise ....
Bu cür yazılar Münhauzenin yel dəyitmanı ilə mübarizə aparmasına bənzəyir. Yanınzdakı əl müxalifəinin ( AXC.Müsavat)_seçki boykotlatını.mitinq oyunbazlıqlarını görməzdən gəlirsiz, görəsən nə axtardığınızı bilirsiz? ...
Guya Milli Məclisə savadlılar yığılıb?....Daxildə xalqın güzəranı, dolanma çətinliyi üzündən gənclər köç edir...
deputat mövbəti dəfə utvatsız müxalifəti yıxdı və sürüdü, amerkan professordan daha bir sitatla bu ölkəni ifşa etdi,,...
---İlahi,o necə də hirslidi! Mən bu adamdan qorxuram,xandostu,amandı,qoyma gəldi! Allahı sevərsən,deputat deyil bu.Bir şəklə uyan təhər deyil bu.Əzrayıldı,canalandı,qoyma gəldi.Daydayı yamandı qoyma gəldi!---Qorxma,dayan bir görüm əşi.Hanı o? Ələsgəəəər! Ələsgəəəər!---Əh,nə vareeəələsgər!