Mayın 28-də bir qrup siyasətçi və fəal “Qurucular hərəkatı”nın yaradıldığını elan ediblər.
Bu barədə “Turan”a təşkilatın təşəbbüskarı, müxalif siyasətçi Əvəz Temirxan bildirib.
O qeyd edib ki, hərəkat əhalinin demokratik maarifləndirilməsi, vətəndaşların siyasi proseslərdə ictimai iştirakının artırılması, ölkədə azad seçkilər keçirilməsinə şərait yaradılması məqsədilə yaradılıb.
Hərəkatın yaradılmasının elan edilməsi Müstəqillik Gününə təsadüf edib, bu da təşkilatın təsisçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) qurucularının ideyalarına sadiqliyi təcəssüm etdirir.
Temirxanın sözlərinə görə, yaxın günlərdə hərəkat qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək: “Hərəkata rəhbərlik kollektiv olacaq”.
Musavat.com isə “Quruculuq hərəkatı”nın Lalə Şövkətlə razılaşdırıldığını və xanım siyasətçinin parlament seçkilərində namizəd ola biləcəyini ehtimal edir: “Əvəz Temirxan Lalə Şövkət Hacıyevanın qurucusu və lideri olduğu, ötən il ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sədri idi. Partiya buraxıldıqdan sonra keçmiş ALP sədri belə bir hərəkat yaratmasını sözsüz ki, Lalə Şövkətlə də razılaşdırıb. Bu həm də belə rəylər yaradır ki, parlament seçkiləri öncəsi Lalə Şövkət “düşərgəsinin” hərəkətlənməsi təsadüfi deyil. Böyük ehtimalla təşəbbüs elə Lalə xanımdan gəlib və o, parlament seçkilərində namizəd olmaq niyyətindədir.
Bütün hallarda uzun müddətdir siyasi susqunluq nümayiş etdirən Lalə Şövkətin yaxın ətrafının, keçmiş partiyasının sədrinin hərəkat yaratması bu düşüncəni formalaşdırır”.
Qeyd edək ki, bu yaxınlarda İsa Qəmbər də Müsavat Partiyasının rəhbərliyinə qayıdıb.
"AzPolitika.info"

Şərhlər
Ayının 52 oyunu bir armudun başındadır.obsuz da hakimiyyətin kofatət qədər cib müxalifəti vat.Daha bu yeni partiyaya nə ehtiyac var?
Huşu-başı qalmayıb addımabir səksənən, danışdığı yerdə duruxub-dirənib maddi-dünya ilə əlaqəsini itirib o dünyadan gözünə görüntülər görünən bu adamlar parlamentə gəlib neyləyəcəklər? Heç şübhəsiz ki, ən arxa partalarda oturub mürgüləyəck, odaklandıqları paralel dünyaya astral səyahət etməklə hər ayın başında evə bir təpələmə meşok pul aparacaqlar. Hər ay hər nəvəyə bir maşın, hər nəticəyə bir telefon, hər kötücənin kassasına bir vedrə xırda pul boşaldacaqlar. Kassa da sizin bildiyiniz gibsdən düzəldilən alma kassası deyil haa, ingilis barelidi. Deyəsən axı, görəcəkli günlərimiz qabnaqdadı.
Lalənin bir partiyası nə işə yaradı ki.ikincisini qurur?Kənra qaçd,Əvəz Teymurxan daha da ilk partoyanın zibilini çıxardı. Bu oyunbazlıq ona yaraşmaz!
Lalə Şövkətin neçə yaşı var? Axı bu foto 90-cı illərin fotosudur.Bu gün o necə görünür,nücə hərəkət edir?Bu nə hoqqadır?
Növbəti Insahların başını qarmaq cəhdi.Guya Lalə Şövkət müxaifdir? kimlərin başını aldadırsınız?