Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə rəis təyin edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Mirzoyev Ülvi Əhəd oğlu təyin edilib.
Qeyd edək ki, Ülvi Mirzoyev 11 avqust 1976-cı ildə Bakıda anadan olub. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında kardiologiya şöbəsinin rəisi, 2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru olub.
Ülvi Mirzoyev Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədridir.
Xatırladaq ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra bu vəzifəni hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi olan polkovnik-leytenant Vəfa Dadaşova icra edirdi.

Şərhlər
Odda yanmaz,suda batmaz,əbədi nazir.
Aha
Mirzoyev nedi ala? Bunun babasinin adi Mirzo olub beyem? Eger eledirse onda kurddu, ya da ne bilim nedi bunun milliyeti. Azerbaycan dilinde Mirze adi var, Mirzo yox ay balqabaqlar
Beli !!!
Əslində Xəstəxanalara Ali təhsilil (iqtisadçı olsa daha yaxşı) həkim olmayan şəxslər müdir tətin olunmalıdır. Xəstəxanada müdir təsərrüfat işlərinə rəhbərlik edir. İndi anlamaq olmur yaxşı bir kardioloq, yaxşı bir cərrah hansı ağılla təsərrüfat müdiri olur. O olmaz ki öz peşəsi və uzmanlığı ilə məşqul osun və bu yöndə özü üzərində daima işlısin. Demək ki, bəzilərinin məqsədi həkimlikdən çox müdir olmaqdı. Əsil həkim. heç vaxt süpürgə müdiri olmaz.