Bir qədər əvvəl başlayan Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası yekunlaşıb. YAP-dakı mənbələrdən “AzPolitika”-ya verilən məlumata görə, iclasda, gözlənildiyi kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub.
YAP- ın İdarə Heyəti qərara alıb ki, hakim partiyadan olan deputatlar mövcud Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etsinlər.
Bu da növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət ediləcəyini gözləməyə əsas verir.
Növbədənkənar parlament seçkilərinin isə sentyabr ayında keçirilməsi gözlənilir.
"AzPolitika.info"
***
Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilir. Bu barədə “AzPolitika”-ya iqtidar partiyasındakı mənbə məlumat verib.
Toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinin müzakirə olunduğu ehtimal edilir.
Partiyanın qərarı əsasında YAP-dan olan deputatların növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət edəcəyi gözlənilir.
“AzPolitika.info”

Şərhlər
əli əhmədov ramiz mehdiyevin cocuğudur, heç bu cocukdan yazmırsınız.... səbəbini bilmək olarmı...
Şəkidə YAP-ın sədr vəzifəsinə nüfuzu olmayan Daşqın Mikayılovu təyin ediblər........?
Vaxtı ilə SSRİ bizim böyük qardaşımız hesab edilirdi. Onun bütün göstərişləri bizim üçün qanun idi. Bilgilərimə görə Azərbaycanda 27 siyasi partiya fəaliyyət göstərir. Azərbaycanda seçki ilə bağlı məsələləri Yeni Azərbaycan Partitası müəyyən edir. Belə çıxır ki, yerdə qalan partiyaların rəyi nəzərə alınmır. Bərəkallah sənə Yeni Azərbaycan Partitası. Əcəba, görəsən bu hüququ ona kim verib? Söhbət ölkənin Əsas Qanunundan gedirsə, Konstitusiyada belə norma mövcud deyil. Bu məsələnin bir tərəfi. İkinci tərəf, Yeni Azərbaycan Partitası hakim partiyası olmasına baxmayaraq bütün məsələlərdə özünü dəcəl uşaq kimi aparır.
Keçək əsas məsələyə. Seşki Məcəlləsinin 4.1-ci maddəsinə görə vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər.
Məcəllənin 11-1.1-ci maddəsi hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələrini qadağan edir.
Məcəllənin növbəti 11-1.2-ci maddəsini olduğu kimi dəyərli oxucuların nəzərinə çatdırmaq istərdim: Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Gəlin görək praktikada nələr baş verir? Hər hansı Azərbaycan Respublikası vətəndaşı namizədliyini irəli sürərsə, Yeni Azərbaycan Partitası qırıcı quş kimi namizədin başının üstünü kəsdirib namizədliyini geri götürməyi tələb edir. İcra hakimiyətlərinə və seçki komissiyalarına tapşırıq verilir ki, qutudan yapçı çıxmalıdır. Dövlət qurumlarının vəzifəli şəxsləri, həkim və müəllimlər məcbur olub saxtakarlığa keçirlər və bununla da dövlətə qarşı inamsızlıq yaradırlar. Buna deyirlər biyabırçılıq. Bu il də belə davam edərsə, vay Azərbaycanın halına.
Yenə özlərini buraxdılar » ?
Seçkinin keçirilib keçirilməməsinin qərarını niyə YAP verməlidir və hansı hüquqla bunu müzakirəyə çıxarıb qərar verməlidirlər.?Azərbaycanda bir sürü partiyalar var.Əgər Prezident və Milli Məclis əsaslı səbəblərlə növbədənkənar deşkiyə qərar verərlərsə,o zaman partiyalar bu seçkilərdə hansı qaydada iştirak edəcəklərini müzakirə edə bilər.YAP niyə ortaya düşür ki?Ona bu hüququ Konstitusiya verməyib.