“Parlament seçkilərində hansı seçki dairəsindən namizədliyimi irəli sürəcəyim barədə partiyanın qərarı yoxdur”.
Bunu “AzPolitika”-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.
“68 saylı Seçki Dairəsindən namizəd olmağa niyyətlənmişəm, amma bu barədə rəsmi qərar yoxdur”, - o əlavə edib.
VHP sədri Sabir Rüstəmxanlı da bildirib ki, parlament seçkilərində iştirakla bağlı qərar hələlik verilməyib.
“Biz bu ayın sonunda toplaşacağıq və seçkilərlə bağlı qərarımız elan ediləcək. Bu qərarda təbii ki, mənim də seçkilərdə iştirakımla bağlı yekun mövqeyim əks olunacaq”, - partiya lideri deyib.
“Seçkilərdə iştirak etməli olsam, öz dairəmdən, 60 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd olacağam”.
Bunu isə “AzPolitika”-nın sorğusuna cavabında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.
“Getməli olsam”, deyərkən, bu qərar hansı qurum, yaxud şəxsən siz tərəfindənmi qəbul olunacaq” sualına F. Ağamalı belə cavab verib: “Artıq cənab Prezident bizim növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətimizlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Ümid edirəm yaxın günlərdə bununla bağlı sərəncam olacaq. Bizim partiyanın Ali Məlisinin iclası da bundan sonra keçiriləcək. Təbii ki, partiyanın mövqeyi mənim bir daha seçkilərdə iştirak etməyimlə bağlıdır. Hər halda gözləyək...”
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Mən, şəxsən MM-in "daimi üzvü olan cənab Fəzail bəy Ağamalıya səs verəcəyəm. Onun Xalq, Millət, Dövlət qarşısındakı xidməti əvəzedilməzdir"...
Onlaın memuarları nədən bəhs edəcək? .... Kİmə bu lazımdır?Yaxşısı budur öz ilk ana vətənlərinə dönüb havayı,layiq olmadıqları pensiyanı alıb ortadan çıxsınlar.Məgər onlar bilmir ki,millətin 98 faizinin onlardan zəhləsi gedir?
Katastrofa
Bunların hər üçü darmoyed və arxivlikdir.
Üçüdə adı var, özü olmayan partiyanın sədrləridir.. Onlar ağayana gedib pensiyalarını alıb. istirahət etsələr daha yaxşı olar !
Fəzail həsrətindədir ki,Salyan camaatı onu daşqalaq etsin,....
"Hər kəs istədiyi dairədə namizədliyini versə və ordan təyinat alsa, fikirləşə bilər ki, özü seçilib" sözlərinin müəllifinin kim olduğunu unutmusunuzmu?
Bu adamlar hec ne edesi deyil oturub memuarlar yazsalar daha faydali olardi ..
A]amalıo[lu.Sabir deputatlığı müdd'tind' seçicilərnin hans gözləntilərini,onları narahat nəticəyə edən hansı problemlərini Milli Məclisdə qaldırıb və bir nəsə məsləin həllinə nail olublar.Qoy əvvəlcə onar bu suala cavab versinlər.sonra boş-boş fəaliyyətdən danışsınlar Formal deputatlıq.,əl qaldırıb səs vermək fəaliyyət deyil.Onlar bu llər arzində layiq olmadıqları maaş alaraq.öz çəxsi maraqlarını müdafiə ediblər.Bellilə onlar millətin. yox,oliqarx hakimiyyətin maraqlarına xidmət ediblər.Buna görə onların yenidən milli Məclisdə görmək Azərbaycan xalqına təhqirditr.
Bunlatın "partiyalarnın üzvlərini tanıyan,partiyanın mövcudluğunu hiss edən,partiyanın fəaliyyətini görən,eşidən varmı?Belə fiktib köbələk kimi yazılan "paartiyalar nəyə gərəkdir və hansı ehtiyacdan qeyd olunublar.Niyə Hakimiyyət belə məchul və fəALİYYƏTİ BƏLLİ OLMAYAN.GÖRÜKMƏYƏN "PARTİYA ADI DAŞIYAN SƏDRLƏRİ mİLLİ mƏCLİSƏ YAIR?aXI ONLARI VƏTANDAŞLAR HEÇ ZAMAN SEÇMƏYİB VƏ SEÇMƏZLƏR.oNLATA YALNIZ ÖZ AİL ÜZVLƏRİ VƏ YAXIN 5-6 NFƏƏR SƏS VERƏ BİLƏR.bU MAXİNASİYALAR NƏYƏ XİDMƏT EDİR?bUNA DÖVLƏTÇİLİK DEMƏK OLARMI?