“Ola bilsin, bu, Serj Sərkisyanın yaxşı taktiki gedişidir, ancaq ermənilər üçün pis strateji seçimdir”.
Musavat.com-un məlumatına görə, bu sözləri amerikalı tanınmış analitik Pol Qobl erməni mediasına müsahibəsində Sərkisyanın Avrasiya və Gömrük ittifaqlarına ölkəsini qoşmağın səbəblərindən danışarkən deyib.
Onun fikrincə, Avropa Birliyi mükəmməllikdən uzaq olsa da, şəffaf siyasətə və demokratiyaya sadiqdir və o üzdən də Ermənistan Avropa Birliyi ilə assosiasiya, ardınca isə tam hüquqlu üzvlük yolu getməli idi. “Bunu eləmək asan deyildi, ancaq gözlənilən qazanclara görə dəyərdi” – deyib politoloq.
Pol Qobl əmindir ki, rəsmi İrəvanın bəyanatlarının əksinə olaraq Ermənistan “Putin birlikləri”ndən heç bir fayda götürməyəcək. Qərb –Rusiya qarşıdurmasından danışan ekspert bildirib ki, “Ukraynaya girməklə Pütin dünya müharibəsini yaxınlaşdırıb”.
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər