Menu

BU DEPUTATLAR YENİ MİLLİ MƏCLİSDƏ OLMAYA BİLƏR - Adlar

02.07.2024, 23:00
BU DEPUTATLAR YENİ MİLLİ MƏCLİSDƏ OLMAYA BİLƏR - Adlar

Sentyabrın 1-də keçiriləcək növbədəkənar seçkilərlə formalaşacaq VII çağırış Milli Məclisdə bir sıra tanınmış deputatlar yer almaya bilər.

“AzPolitika”-nın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, buna səbəb yaş faktoru, millət vəkili kimi fəaliyyətlərinin hakim partiyanı qane etməməsi və digər səbəblərdir.

Məlumatda qeyd olunur ki, yeni Milli Məclisdə keçmiş spiker Oqtay Əsədovun, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, deputatlar Ülviyyə Həmzəyevanın, Aqiyə Naxçıvanlının, akademik Ziyad Səmədzadənin, Eldar İbrahimovun, Jalə Əhmədovanın, Könül Nurullayevanın və İqbal Məmmədovun yer almayacağı gözlənilir.

Mənbələr bildirirlər ki, 114 saylı Şəki şəhər Seçki Dairəsindən seçilmiş iqtisadçı alim, deputat Əli Məslimli də mandat almaya bilər. MSK-nın apardığı yerdəyişmələr nəticəsində bu dairə ləğv olunub, seçki məntəqələri isə digər dairələrin hüdudlarına daxil edilib.

Rasim

“AzPolitika.info” 

Şərhlər

Seçici 2024-07-22 15:52:42

Bu seçcilərdə də Şəkinin bəxti gətirmədi. Yenədə təyin olunacaq deputat Şəkinin əhalisinə yox, İcra Hakimiyyətinə xidmət edəcəkdir! Yazıq Şəki....!

Seçici 2024-07-09 23:56:21

Şəki uzun illərdir ki, seçicilərinə xidmət etməyən savadsız adamlar təyin olunublar. yaxşı olar ki, Şəkinin çox savadlı kadrları Bakı şəhərində işləyirlər, onlardfan deputat seçilsə Şəki inkişafa qədəm qoya bilər...

Seçici 2024-07-03 22:43:48

Şəkinin deputatları istirahətə getməlidirlər, çünki onlar öpzləri üçün çalışıblar!

Roma 2024-07-03 08:56:30

Fəzayıl bəy Ağamalı müəllim, parlamentin aparıcı, şax simalarındandır...Onunla işiniz olmasın...

Eldeniz 2024-07-03 06:36:33

Eli Mesimliden basqa digerleri heqiqeten de lazim deyil bir defe de olsun onlarin MM de cixis etdiyini goren olmayib

Cəmil Həsənov 2024-07-02 18:30:11

Siyavuşa dəyməyin,onsuz Milli Məclisin komediyası bitər.Guya yerdəqalanları kiməsə və nəyəsə gərəkdir? Hamısı yaltaqlıq dərsi keçmiş saxtakarlardır.30 ildə xalqı cərimə və bahalaşmalara məruz qoydular.Bunlar xalq nümayəndəkləri yox...İnanmırsınız onlarrın çirkət.firmalarını və mal varlıqlarını yoxlayın.

Senan 2024-07-02 13:53:35

Gedin oğurladıqlarınızı yavaṣ-yavaṣ gōyṣəyin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol