“Namizədliyimi 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən irəli sürmək qərarına gəlmişəm”.
Bunu “AzPolitika”-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri qeyd edib ki, seçki dairəsinin hüdudları əsasən onun doğulduğu rayonun ərazini əhatə edir. “Şahbuzun cəmi bir neçə kəndi ora düşür”, - o əlavə edib.
Qeyd edək ki, hazırda həmin dairənin seçicilərini parlamentdə YAP-çı deputat Siyavuş Novruzov təmsil edir. Bu günlərdə o, mediada hakim partiyadan deputatlığa namizəd olmayacağı barədə yayılan xəbərlərə kəskin reaksiya verərək, bunu özünə qarşı təxribat adlandırıb.
Belə görünür, 1 sentyabr növbədənkənar parlament seçkilərində ən maraqlı çəkişmələrdən biri 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsində qeydə alınacaq...
Rasim
“AzPolitika.info”

Şərhlər
Serdar mellim size ses verecem !!!
İki xalaoğlunun başı bir qazanda qaynayacaq ? Siyavuş MM in « yaraşığıdır »...
Milli Məclisdə Naxçıvan əsilli nə qədər deputat var ? Niyə bu məsələdə proporsiakllıq pozulur? ...Narazılıq elə buradan yaranır.
Sərdar Cəlaloğlu Nobel iddialı bir ziyalıdır. Ensiklopedik biliyə malikdir. Adam udeyalarla dolufur.Ölkəni yeniləmək üçün tam təkmilləşdirilmiş modern konsepsiyası var. Kaş Siyavuş müəllim mərdlik edib geri addım ata. Millətin xətrinə.