“Maraqlı məqam ondan ibarətdir ki, dünən Ermənistan XİN-in rəsmi nümayəndəsi Ceyhin Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüşü təsdiqləməyib... Azərbaycan isə son anda XİN rəhbərinin NATO sammiti çərçivəsində keçirilən görüşlərdə iştirakı ilə bağlı məlumat verib”.

“AzPolitika” xəbər verir ki, bunu Vaşinqtonda bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbayan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, ikitərəfli danışıqlar formatı yaradıldıqdan sonra Almaniya və Qazaxıstanda iki ölkənin xarici işlər nazirlərinin görüşləri baş tutub.

“Orada Almaniya və Qazaxıstanın XİN rəhbərləri qonaqları qarşılayıb və onları görüş otağına qədər müşayiət edib, görüşü açıb və otaqdan çıxıblar”, - ekspert xatırladır.

“Bu gün isə üçtərəfli görüş elan olunub, yəni Qazaxıstan və Almaniyada belə olmayıb” – deyə, o, əlavə edib.

Maraqlıdır, ABŞ nə təklif edəcək?! Sülh müqaviləsinin imzalanması həqiqətənmi sürətləndirir?!

F.Məmmədov vurğulayır ki, bu gün biz Ermənistana maliyyə, hərbi, siyasi və kəşfiyyat sahəsində tam dəstək görürük. ABŞ KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olan ölkəyə görünməmiş yardım və dəstək verir: “Azərbaycana isə heç bir köməklik göstərilmir, ən azından minatəmizləmə üçün kiçik bir addım belə yoxdur. Əgər Birləşmiş Ştatlar bütün nəhəng gücü ilə təzyiq edibsə və buna görə Azərbaycan görüşə razılaşıbsa, burada Bakını Ermənistanla danışıqlar prosesindən daha çox ABŞ-nin niyyəti maraqlandırır. Bəlkə yeni nəsə deyəcəklər... mən belə düşünməsəm də, orada hər şey susdurulub, özlərini elə bir çərçivəyə salıblar ki, oradan çıxa bilmirlər. Azərbaycanın mövqeyi aydın və məntiqlidir və bu, Vaşinqtonda da təkrarlanacaq. Vaşinqtondan yayımlanan kimi sülh müqaviləsinin “dərhal” imzalanması gözlənilmir. Beləliklə, Çinlə strateji tərəfdaşlıqdan sonra ABŞ-yə səfər məhz diversifikasiyanın təzahürüdür”.

“AzPolitika.info”