Məlum olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən gün 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparacaq bütün namizədlərinin adlarını açıqlayıb.
YAP-ın budəfəki siyahısında 12 deputatın – Vasif Talıbov, İsa Həbibbəyli, Oqtay Əsədov, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Elşad Mirbəşir, Bəxtiyar Sadıqov, Nizami Cəfərov, Elnur Allahverdiyev, Cavid Osmanov, Əliabbas Salahzadə və İqbal Məmmədovun adları yer almayıb.
İlk baxışda hakim partiyanın siyahısının müəyyən qədər “gəncləşdiyi” görünsə də, YAP yaşı 70-i ötmüş və seçiləcəyi təqdirdə növbəti 5 il ərzində parlament fəaliyyəti sual doğuran bəzi deputatlarla yollarını ayıra bilməyib.
Məsələn, YAP 79 yaşlı Eldar İbrahimovun namizədliyini yenidən irəli sürüb. YAP-ın siyahısındakı ən yaşlı namizəd olan E. İbrahimov hazırkı parlamentdə yaşca yalnız Ziyad Səmədzadədən kiçikdir. I, II,III, IV, V, VI Milli Məclisin deputatı olmuş E. İbrahimov bu dəfə də 4 saylı Naxçıvan şəhər seçki dairəsində mübarizə aparacaq.
YAP-ın ikinci, hazırkı MM-in ən yaşlı üçüncü deputatı olan Mixail Zabelinin isə 78 yaşı var. O da E. İbrahimov kimi Milli Məclisin bütün çağırışlarının deputatı olub. YAP bu dəfə Mixail Zabelinin namizədliyini 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürüb.
YAP-ın ən yaşlı üçüncü namizədi isə Əhliman Əmiraslanov olub. 77 yaşlı Ə. Əmiraslanov Milli Məclisin IV, V və VI çağırışlarının deputatı olub. Onun namizədliyi 67 saylı Sabirabad seçki dairəsindən irəli sürülüb.
74 yaşlı Tahir Rzayev ikinci dəfə YAP-ın siyahısına düşməyi bacarıb. Milli Məclisdə ilk dəfə təmsil olunan T. Rzayev 86 saylı Ağcəbədi seçki dairəsindən deputatlıq yarışına qatılacaq.
Yaşı 70-i ötmüş digər YAP namizədi isə Elman Məmmədovdur. 73 yaşlı E. Məmmədov 118 saylı Ağdam-Xocalı seçki dairəsində mübarizə aparacaq. Qeyd edək ki, E. Məmmədov Milli Məclisin II,III, IV, V və VI çağırışlarının deputatı olub.
YAP Milli Məclisin III, IV, V və VI çağırışlarının deputatı olmuş Cavanşir Paşazadənin namizədliyini də yenə irəli sürüb. 76 saylı Lənkəran-Masallı seçki dairəsində mübarizə aparacaq Cavanşir Paşazadənin isə 71 yaşı var.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Bunların inidiyədək millət üçün faydası olub ki? Guya xalq bunları seçəcək? Əsla yox! Onları Məzahirin komandası siyahiyə salacaq.....
Məğlubedilməz cəmiyyətlərimizi, tarixən müdrik-qəti-saf ağsaqqalların məsləhətxanları daha mükəmməl idarə etməyiblərmi? On min illik tarixə malik türk cəmiyyətləri, Qafqaz varisi Azərbaycan və Orta Asiya cəmiyyətləri daim bir neçə illik ehtiyatlı və Sovet dövrünə qədər varlı olublar!
Vidalaşa bilmədi,yoxsa istəmədi?Bunlar ayrı-ayrı anıayəşdır.Səbəbini isə hamı bilir.YAP-Azərbaycanı müfis qoyan partiyadır.
Bu yaxsi elamet deyil. Tahir budaqov ozu de digerleri de ikili vezife tuturlar. Qanun bir teref ucun var diger teref ucun ise invaliddir yoxdur.