Menu

YAP-ın SİYAHISINDA DƏYİŞİKLİK EDİLİB – Bu şəxs namizədlər sırasından çıxarılıb

22.07.2024, 20:30
YAP-ın SİYAHISINDA DƏYİŞİKLİK EDİLİB – Bu şəxs namizədlər sırasından çıxarılıb

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib.

“AzPolitika” “Modern.az”-a istinadla xəbər verir ki, iyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyevanın adı siyahıdan çıxarılıb.

YAP-dan bildiriblər ki, İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli qərarı ilə Aygün Şaitdin qızı Maniyeva başqa namizədlə əvəz edilib. Belə ki, növbədənkənar parlament seçkilərində YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsində Pərvanə Əlövsəd qızı Piriyeva təmsil edəcək.

Məlumata görə, Aygün Şaitdin qızı Maniyevanın namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır. Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub. Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.

Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi. 2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.

“AzPolitika.info”

Şərhlər

Eldeniz 2024-07-23 06:35:12

Bu deputat seckisi get gede lap belediyye seckisine benzemeye baslayir .

Vətəndaş 2024-07-22 22:43:36

Çahitdin adı ilk dəfə ortaya çıxır,Bəs soyadı hansı nəslin,millətin soyadıdır? Bu inoplanetlilər necə parlamentə yol tapır?

Təhmasib 2024-07-22 17:00:01

Tələsik idən yarımaz törənər.Tələsik namizədsiyahisindən və seçkidən də yaramaz düputatlarortaya çıxae.

Seçici 2024-07-22 16:23:17

Bunlar nə zaman anlayacaqlar ki.təmsil etmək.həmin seçki dairəsi ərazisində yaşayan insanların arzusu ilə olmayanda saxtakarlığın olacağı ehtimalı dəfələrlə çoxalır.Həmin adam bu seçk məntəqəsi ərazisində olan vətəndaşları hansı ağılla hüquqla təmsil edə bilər.

Seçici 2024-07-22 14:58:58

Şəkinin deputat sarıdan bəxti heç gətirməyib ?

Mubariz 2024-07-22 12:31:42

Bədən tərbiyəsi üzrə hüquq « professoru » Siyavuş Novruzov bilmirdi ki ,atası MSK -da oturanın qızını siyahıya salmaq qanuna ziddir ? Di gəlki ,heç bunlar səs verdikləri qanunu belə oxumayıb düyməni basıblar .Görəcək günlərin var Azərbaycan !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol