Menu

MƏCLİSDƏN QORUĞA, QORUQDAN MƏCLİSƏ... – Şahin Seyidzadə deputatlığa namizəd olub

22.07.2024, 20:36
MƏCLİSDƏN QORUĞA, QORUQDAN MƏCLİSƏ... – Şahin Seyidzadə deputatlığa namizəd olub

VI çağırış Milli Məclisə 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputat seçilmiş, 2023-cü il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Şahin Seyidzadə yenidən parlamentə qayıdır.

Bu barədə “AzPolitika”-ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bitərəf Ş.Seyidzadə namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhat edən seçki dairəsindən irəli sürüb.

Cəmi 16-17 ay əvvəl parlamentdən “İşərişəhər” qoruğuna rəhbər göndərilən Seyidzadənin yenidən Məclisə qayıtmaq istəyi maraq doğurur. Böyük ehtimalla, bu, ona etimad olunan mühüm postda özünü doğrultmaması ilə bağlıdır. 

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Qənbər 2024-07-24 15:16:04

Belə Milli Məclisə də elə namizədlər irəli sürülər ki, itaətli olsun...

Sənan-a 2024-07-23 17:52:10

Sənan,niyə yanlış düşünürsən?Seçicidən soran varmı ki,sən bu adamı tanıyırsan,görmüsən,hansı faydalı əməlindən xəbərin var:Bu məsələ əvəl başdan buraxələb MSK-nın saxtakar fəaliyyətinə.

Senan 2024-07-23 07:40:53

Mill parkın abeṣiyi milli məclisdə də yəqin ki abeșik olacaq çůnki məclisin binŏvrəsi belə qoyulub.Qalır hər șey səs verənin ůmidinə

Vüsal Ağayev 2024-07-22 22:49:05

Burada nə var ki? Qoruq " kadrlar" yetişdirir.Baxın Mikatıl da qoruqçu olub.İndi İqrisadiyyatln atasını yandırır.Özü də bilirsiniz nə qədər nüfuz sahibidir...

Eli 2024-07-22 22:47:41

“İçerişeher” Dövlet Tarix Memarlıq Qoruğu ne vaxtdan mühüm post olub ,adi bir muzeydir mence vessalam,sadece ölkenin kadr bazası kimi guya fırmalaşıb ,özünü doğrultmasınışse gelecek gösterecek.

Mubariz 2024-07-22 19:08:35

Sağ olun ,arada bir belə gülməli -ağlamalı lətifələri bol edin heç olmasa gülək ,aclığımız yadımızdan çıxsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol