Menu

BƏXTİYAR ƏLİYEV “QONŞU” DAİRƏYƏ KEÇDİ – Tanınmış politoloq ilə yarışacaq

23.07.2024, 20:37
BƏXTİYAR ƏLİYEV “QONŞU” DAİRƏYƏ KEÇDİ – Tanınmış politoloq ilə yarışacaq

Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr parlament seçkilərində iştirak edəcək namizədlərini açıqladıqdan bir neç gün sonra ard-arda 5 dəfə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri olmuş Bəxtiyar Əliyev namizədliyini 119 saylı saylı seçki dairəsindən irəli sürüb.

“AzPolitika” xəbər verir ki, əvvəlki seçkilərdə B.Əliyev 118 saylı Ağdam şəhər dairəsininin seçicilərini parlamentdə təmsil edib. O, bu dəfə dairəsini dəyişmək qərarına gəlib. Maraqlıdır ki, Bəxtiyar Əliyev YAP siyahısını açıqladıqdan sonra belə seckidə iştirakla bağlı tərəddüdlü mövqe nümayiş etdirib. Deputat medianın suallarını da uzun müddət cavalandırmayıb, telefon zənglərinə cavab verməyib.

119 saylı seçki dairəsindən hakim partiya İbrahim Məmmədov adlı şəxsin namizədliyini irəli sürüb. İnternet resurslarında onun haqqında geniş informasiyanın olmaması YAP-ın bu dairəni bitərəflər üçün “boş” saxladığı anlamına gəlir.

Xatırladaq ki, bu seçki dairəsindən tanınmış politoloq Elxan Şahinoğlu da namizədliyini irəli sürüb. O, artıq imzatomplama kampaniyasını başa çatdırıb və 500 imzanı Dairə Seçki Komissiyasına təhvil verib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Veteran 2024-07-24 22:21:50

Elxan Şahinoğlu MİLLƏT VƏKİLİ olmağa layiqdir.

Vətəndaş 2024-07-24 14:43:05

Namizəd bir qaşqdır ki.bir masadan götürüb digərinə qoyasan?Namizəd müvafiq seçki dairəsi ərazisinin vətndaşları tərəfindən təqdim olunan v ya heç olmasa onlar tərəfindən tanınan şəxs olmalıdır ki,vətəndaş gəlib ona səs versin.Yoxsa sən get bu dairədə özünü namizəd say.Bu necə olur?....YAP bunu edəndə nə düşündüyü olsuqca müəmmalıdır və heç bir Konstitusiyaya v qanuna uyğun deyil.Necə yəni.səni əvvəl bu dairədə namizəd yazmışıq.indi get bu dairəy! Bu qanun pozuntusu deyilmi?

Vaqif 2024-07-23 23:11:48

Yenə köhnə hamam köhnə tas. Yenə köhnə kommunistlər hamısı deputat təyin ediləcək. Budur "demokratik seçki"?

İmran Hacııyev 2024-07-23 17:43:18

.Heç seçilmək istədikləri dairənin əharəsini.orada yaşayanlar bunları tanyıtmı?....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol