Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.
“AzPolitika” xəbər verir ki, Hakan Fidan HƏMAS liderinin Tehranda ölüdürülməsindən danışıb və İsraili sərt şəkildə tənqid edib.
H. Fidan İsrailin bu hücumlarını “böyük təhlükə” adlandırıb: “Netanyahu sülh istəmir. İsmayıl Haniyənin öldürülməsi də bunun göstəricisidir. İsrail atəşkəsin əsas müzakirəçisini öldürdü.İsrailin hücumları böyük təhlükədir. Biriləri Netanyahuya “dur” deməzsə, bütün dünya bunun əvəzini ağır ödəyəcək. Qərb üç meymun rolunu oynayır. Netanyahunun yeri konqres deyil, müttəhimlik kürsüsüdür”.
“İsrailin sahibləri artıq onun xaltasını əllərinə almalı, sahib çıxmalıdırlar. Regionumuz İsrailin növbəti təxribatlarına dözmək iqtidarında deyil. ABŞ-nin İsrailin etdiyi hər pisliyi ört-basdır etməyə çalışması qəbuledilməzdir. Qərb bu coğrafiyada bütün mənəvi üstünlüyünü itirib”,- deyə H. Fidan bildirib.
“AzPolitika.info”

Şərhlər
A balam,İsrail ordusu İsrailin ordusu deyil ee, ABŞ-ın İsraildəki ordusudur,"dur" deyən ABŞ-a dur deməlidir.Yəni ABŞ İsrailin etdiyi hər pisliyi deyil,özünün İsraildəki ordusu vasitəsilə etdiyi hər pisliyi ört-basdır etməkdədir.Vuran,dağıdan,bombalayan,qətl edən,sındıran,yandıran ABŞ-dır yəni.Özü-özünü qınamayacaq ki.