Məlum olduğu kimi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub.
“Azpolitika" “Modern.az”a istinadən xəbər verir ki, daha 3 diplomatımız da namizəd kimi iştirak edir.
Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Q.Məmmədov 4 sentyabr 1979-cu ildə anadan olub. 1999-cu ildən Azərbaycanın diplomatik xidmətində fəaliyyət göstərir.
O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycanın Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəd olub.

1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəd olub.
Qeyd edək ki, Zaur Şükürov 10 dekabr 1971-ci ildə anadan olub.


Şərhlər
Görəsən üz təmizləməyəndə,saqqal qoyanda insan ağıllı olur?Bu dəbi salanın düşüncəsi maraqlıdır.Ortaya çıxıb aydınlıq gətirsin.Bəs insanın gigiyenası?Aı onlar üzlərini yuyana üz dərilərinə su çatmır.
Xarici İşlər Nazirliyində Mammedyarov gedən sonra da heç nə dəyişməyib, hər şey alınır və her şey də satılır. Maliyyə iadrəsi bərbad, Konsulluq idarəsi bərbad, siyasi idarələr bərbad, poçtalyonluq fəaliyyəti ilə məşğul olurlar, Araz Əzimov balaca ,,,,, təmsil edir. Dəyişən göbəyi açıq əməkdaşlar və bir iki yarıtmaz rusiyameylli gənc nazir müavinləridir, Fariz, Yalçın və sair... Bu səbəbdən də əməkdaşlar bu qurumu tərk etməyə üstünlük verirlər, artıq buradakı şərhlərdə qeyd edildiyi kimi, bütün rüsvayçılıqlar təhlükəslik qurumlarının gözləri qarşısında baş verir, bəlkə onlar da haqq-hesablarınl alırlar deyə susurlar. XİN-də vəziyyət acınacaqlıdır.
hörmətli redaksiya, bəs mənim şərhimi dəc etmədiniz... olmaya, ceyhun bayramovdan ehtiyatlanırsınız...
Hər ələ usta diplomatlarımız
Qaya Məmmədov 1979-cu ildə anadan olub, 1999-cu ildən diplomatik fəaliyyətdədir.Görəsən o hansı ali məktəbi və neçənci ildə bitirib, kimin qohumudur ki,20 yaşından diplomatik fəaliyyətdədir ?????????
hal-hazırda xin-də "imtahan sessiyası"dır, yəni xaricdəki nümayəndəliklərə göndəriləcək əməkdaşların seçim mərhələsidir, əsl bazardır, hər şeyin qiyməti var, imtahan-bazar komissiyasının sədri "islahatçı" Fariz Rzayev isə yoxa çıxıb... kadrların rəisi roman məmmədov isə birjadakı broker*dəllallara bənzəyir, ştatları anons edir, sonra da satışa çıxarır, etiraz edilənlərə qarşı represisya apratı işə salınır, bütün bunlar isə güc qurumlarının gözünün qarşısında baş verir... urus nağıllarında deyildiyi kimi, istəyirsiniz inanın, istəmirsiniz də inanmayın...
namizədlər parlamentə getməklə və xin-i tərk etməklə doğru edirlər, axi indi xin adminsitrasiyanın oyuncağına çevrilib, nazir və onun saray əyanaları isə siyasətə və diplomatiaya yad adamlardırlar, onlar daha çox bank işi, kommesiya əməliyyatları və bu qəbildən olan əməllərdən ləzzət alırlar, odur ki, xin indi kommersiya müssəsisəsinə bənzəyir...
Ceyhun Bayramov və vəziri Fariz Rzayevin apardığı uğurlu kadr siyasəti nəticəsində diplomatlar ömürlərini həsr etdikləri sahədə qalmaqdansa, başqa yerlərdə nicatlarını və ümidlərini axtarırlar. İmkan olduqca, hamı xin-dən başqa yerlərə üz tutur....
Havayı ..zəhmətsiz yüksək maaaş,fəaliyyətsizlik.məsuliyyətdən uzaq indiki deputat fəaliyyəti bu lazımsız adamları deputatlığa cəlb edir.Bir onlardan soran yoxmu ki,namizəd yazıldığınız seçki məntəqələri ərazisində Sizi tanıyan.deputat olmanızı istəyən varmı?