Menu

ŞÜKÜROV NƏDƏN SƏFİR POSTUNU DEPUTATLIĞA DƏYİŞİR? – Özü açıqlama verdi, ancaq...

15.08.2024, 20:49
ŞÜKÜROV NƏDƏN SƏFİR POSTUNU DEPUTATLIĞA DƏYİŞİR? – Özü açıqlama verdi, ancaq...

Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa real namizədlər sırasında bir neçə diplomat da var. 

“AzPolitika” xəbər verir ki, onlardan biri də 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən bitərəf deputatlığa namizəd kimi qeydiyyatdan keçən Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürovdur.

Həmin dairədən hakim YAP-ın namizədi Sumqayıt Dövlət Universitetinin Kimya kafedrasının müdiri Musa Mustafayevdir. Digər 5 namizəddən ikisi bələdiyyə işçisi, biri “Oba market”in mütəxəssisi, biri icra nümayəndəliyinin mütəxəssisi, biri də VHP-nin Abşeron rayon təşkilatının sədr müavinidir.

Bir sözlə, dairədə Z.Şükürovdan daha titullu və ona qarşı hansısa ciddi şansları olan rəqib demək olar ki, yoxdur. Bu, o deməkdir ki, böyük ehtimalla növbəti parlamentdə Sumqayıtı təmsil edən deputatlardan biri diplomat olacaq...

Ancaq yaranan suallardan biri də Azərbaycanı Afrikanın demək olar, ən önəmli və nüfuzlu dövlətlərindən biri olan CAR-da təmsil edən səfirin nədən bu postu Milli Məclisin deputatı kreslosuna dəyişməsidir. Maraqlıdır ki, Z.Şükürov mətbuata açıqlamasında bu sualdan yayınıb.

“Necə oldu ki, diplomatik fəaliyyəti Milli Məclis üzvlüyünə dəyişməyə qərar verdiniz” sualına Z.Şükürov belə cavab verib: “Hesab edirəm ki, hazırda bununla bağlı fikir bildirmək üçün çox tezdir. Seçiləcəyim təqdirdə bu məsələyə qayıtmaq, bununla bağlı fikir bildirmək daha doğru olardı”.

Bunu bəlkə də, diplomatcasına verilən cavab hesab etmək olardı, amma indiki halda bu variant bir növ işləmir. Çünki məntiqlə deputatlığa namizəd olan bir şəxs nədən bunun üçün digər önəmli vəzifədən imtina etdiyinə dair suala (əgər gizlədəcək bir şey yoxdursa) açıq, aydın cavab verməli idi. Ən azından seçicilərin bunu bilmək hüququ var və onları maraqlandıran bu sualın cavabının sonraya saxlanması, yumşaq desək, müəmmalı görünür...

Yeri gəlmişkən, bu sual digər diplomat-namizədlərə də aiddir. Xatırladaq ki, Z.Şükürovla yanaşı, daha üç diplomat -Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov (31 saylı Suraxanı ikinci seçki dairəsi), Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev (49 saylı Abşerom ikinci seçki dairəsi) və baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun sabiq prezidenti Günay Əfəndiyeva (14 saylı Xəzər-Pirallahı seçki dairəsi) da namizədliklərini irəli sürüblər.

C.Məmmədov

“AzPolitika.info”  

Şərhlər

Cahid 2024-08-19 01:08:56

Bu qədər,yəni şərhlərdə yazdığınız kimi bacarıqlı adam idisə bəs prezident seçkilərində onu harada gizlətmişdinz ki, Fazil Mustafa,kimiləri ...Ortaya çıxarayınız millətin canı bəlkə qurtarardı.

Xəyal müəllim 2024-08-17 01:43:47

Allah rehmet eləsin Zaur müəllimin atası Ramiz Şükürova,işçisi olmuşam.Cox qaygıkeş,savadlı,sözün tutan bir ziyalı idi.Baxmayaraq 30yasından -1960dan 1980cı ilə kimi katib,raispolkomun sədri,1980dan 1990na-54illik şərəfli ömrun sonuna kimi marifin müdüru olmuşdur,amma cox sadə adam idi.
Allah rəhmət eləsin,ot kökü üste biter.
Ugurlar Zaur müəllim.

T.Q 2024-08-16 15:34:34

Zaur Şükürovun deputatlığa namizəd kimi apardığı seçki kompaniyası son dərəcə mükəmməldir və bu sahədə ölkədə aparılan təbliğat-təşviqat kompaniyaları içərisində ən effeklisi, ən uğurlusudur desəm səhv etmərəm.

Tahir 2024-08-16 13:08:28

Hörmətli Murad bəy! Hər kəs fikrini ifadədə azaddır və
Zaur Şükürov barədəki fikirlərinlə mən də tam razıyam. Amma digərləri barədəki fikirlərində məncə "barıtı" bir az çox qoymusan, dozası artıq olub. Məncə heç tərəfin tutduğun Zaur bəy də belə tərzi xoşlamaz. Hirslənmə...

Zabit 2024-08-16 06:26:37

Hesab edirəm ki seçim doğrudur Zaur müəllim savadlı bir diplomatdır bir Sumqayıt sakini kimi onun platforması məni tam qane edir əgər seçilərsə Sumqayıt sakinləri üçün çox faydalı olacaq xahiş edirəm dərsdək olaq.. Zabit.

Murad 2024-08-16 06:10:26

Deyirem nece aciz ciliz ve bir o qederde seviyyeden eksik insanlar var ki hec bir wey ortaya cixara bilmeyib bu suali yersiz yere boyudur.Adam real namizeddir.Inaniram ki 47 saylida namizedler arasinda Zaur beyden bawqa qalan namizedler sirf deputatliq mandatini cibini doldurmaq ucun isteyir.Zaur bey xaricde olan vetendawlarimiz ucun layiqince iwler gorub indide daxildeki vetendawlar ucun caliwmaq isdeyir.Bilecerinin kruqundan qiraga cixmayan namizedler xaricde vetendawlari ucun caliwan wexse qarayaxma kompansiyasi edir.Namizedlerin adlarini google-de yazdim ki belke heqiqeten real namized var.Amma baxdim ki "alver" edenlerdi Zaur beyden bawqa.Iciniz goynemesin, bir az diri ve ola bilirsinizse bir azda kiwi olun (cinsiyyetce yox).

Sumqayıt sakini Esmer 2024-08-16 00:46:19

Aristokrat,İntellekti savadlı və dünya görüşlü ,
,Azerbaycan’ı və dövlətçilik prinsipini sevən, ölkəmizi çalışdığı ölkələrdə layiqincə nümayiş etdirən bir şəxs Milli Məclisdə oturrmağa haqq edir.
Zaur bəy işini sevən və məsuliyyətinin fərqində olan insandır.

Osman 2024-08-15 22:45:03

Adamı hmənasız deputatlıq ,yüksək maaş, maraqlandırır.Guya bu deputat olsa nəsə dəyişəcək? ƏKSİNƏ ÇEVRİLİB OLACAQ .. "DEPUTAT" .

Elman 2024-08-15 22:21:14

Mən Zaur müəllimin seçicilərlə olan görüşündə iştirak etdim Onun necə savadlı və bacarıqlı bir diplomat olduğuna şahid oldum Bizə bir neçə dilləri bilən deputatlar lazımdırkı xarici dövlətlərdə layiqincə təmsil edə bilsin Ona görədə hamını Zaur müəllimə səs verməyə çağırıram

Nihad 2024-08-15 20:45:05

Diplomatik təcrübəsi olan savadlı mütəxəsisin milli məclisdə təmsil olmasını yalnız alqışlamaq lazımdı

Zabit 2024-08-15 20:06:59

Hesab edirəm ki seçim doğrudur bir Sumqayıt sakini kimi Zaur müəllimin platforması məni qani edir əgər seçilərsə biz Sumqayıtlılar üçün çox faydalıdır xahiş edirəm dəsdək olaq.

N.Q 2024-08-15 19:56:26

İntellekti savadı və bunları dahada gözəl ortaya çıxaran dünya görüşlü (öz əməyi, çalışqanlığı, dövləti və dövlətçilik prinsipini sevən, ölkəmizi çalışdığı ölkələrdə layiqincə nümayiş etdirən) bir şəxs niyədə Milli Məclisdə vətəndaşını sevərək və layiqli xidmət etmək üçün bu postda əyləşməməlidir?Mən bilmirəm bu xəbəri kim paylaşdırıb lakin belə düşünürəm ki bu sadaladığım xüxusiyyət və prinsip o şəxsdə lazımındanda çox azdır. Zaur bəy işini sevən və məsuliyyətinin fərqində olan insandır.

Zabit 2024-08-15 19:44:42

Bir Sumqayıt sakini kimi Zaur müəllimin platforması məni tam qani edir hesab edirəm ki əgər Zaur müəllim secilərsə Sumqayıtlılar üçün çox faydalı olacaq eyni zamanda bir diplomat kimi milli məclis ücündə çox qanun və layihələrin tərtib edilməsində zəruri fikirləri olacaq ona görə Zaur müəllimin secilməsində hər bir Sumqayıt vətəndaşlarıni fəal olmağa çağırıram . Zabit

Hadı 2024-08-15 19:36:51

Bu Əli-Vəli papağının məsələsi nəsə qəliz söhbət oldu. Zaur məsələsi yadımdan çıxdı indi ancaq papaqları düşünürəm. Niyə məhz Əliynən Vəli? Niyə Qurbanla Qurban olmasın? Ağabala ilə Qarabala olmasın? Niyə? Bax əsas məsələ budur. Zaur yox ......

Гражданин 2024-08-15 19:29:54

Ay vətəndaş müəllim. Sənin istəyin nədir? İstəyirsən ki, Əlinin papağın qoysunlar Vəlinin başına, amma Vəlininkini Əlinin başına qaytarıb qoymasınlar, Əli qalsın başıaçıq? Yəni deyirsən ki, heç kimin yerini dəyişməyin elə ömrü boyu bir yerdə qalıb qocalsınlar?

Ramiz Sumqayıt 2024-08-15 19:26:19

Qardaşlar,görüş zamanı bu sadəliyi,ziyalılıgı,natiqliyi ile bu kişi mende xoş təşurat yaratdı.Zarafat deyil,kişi 25ildir diplomatdır,5 dil bilir,beləsini də seçmeyub kimi seçek bəs? Mən Zaur müəllimə səs verecem.İbanıram ki,meni tanıyanlar da səsimə səs verecek

Tahir 2024-08-15 19:23:13

Z.Şükürovdan başqa 3 nəfər diplomat namizədliyini irəli sürüb. Həm də diplomatik vəzifədə onların ranqı Zaur müəllimdən üstündür. Maraqlıdır: Əcəba nədən məhz Z.Şükürov "maraqlı" gəldi?

Hüseyn 2024-08-15 18:48:35

Ay millət,qurban olum size,Mən bu insanla görüşən zaman,onun necə sadə,qayğıkeş, ziyalı bori olduğubu gördüm. Adam neçə Unversitet qurtarıb,25 ilin diplomatı,5dil bilir,bunu da seçmeyib kimi seçek bəs?
Mən şəxsən bu kişiyə səs verecəm. Görünən kənďe nə bələdçi

Xəyyam 2024-08-15 18:30:54

Əgər namizəd olan diplomatlarımız xalqın sesin qazanarsa,bu peşəkar diplomatlarla parlament diplomatiyamız gücünə güc qatar,ermeni havadarları beynelxalq tribunalardan layiqli əks diplomatik həmlə alarlar. Zaur müəllimə və diger diplo at namizətlərə uğurlar!

Tahir 2024-08-15 18:20:05

Bu adam hələ deputat seçilməyib onun "adamını" axtarırıq. Zaur Şükürovun "adamı" onun biliyi, savadı, bacarığı, keçdiyi mükəmməl həyat yoludur. İnşəallah seçilsə bunu hamı görəcək.

Nurlan 2024-08-15 17:08:44

Zaur müəllim görüşlərdə həqiqətən yüksək mədəniyyət, savad, təmkin nümayiş etdirdi. Aristokrat biri kimi adamda gözəl təəssürat yaratdı. Mən ürəkdən deyirəm ki, Allah xalqımıza , millətimizə xeyir versin.

Cümşüdoğlu 2024-08-15 17:03:06

Yaşlı deputatlar üçün deyirik ki, qocalıb niyə kreslodan əl çəkmir? Yerinə cavan gəlir ona əlli mız qoyuruq. Bir qoyun seçilsin, tanıyin görək nəyin sahibidir, ondan sonra sözünuzü deyin də. Tanınmaza- bilməzə Ağadadaş fason baltanı götürüb cumuruq e. Nəysə biz düzələn deyilik....

Xəyyam 2024-08-15 15:52:05

Bilirik ki,şəhidlərimizin,qazilərimizin qanı,canı bahasına, müdrik Ali Baş Komandanın rəhberliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı azad etsə də, müharibə diplomatik müstəvidə bitmeyib.
25il diplomat stajı olan bir insanın

Qasımov 2024-08-15 15:22:59

Zaur tamamilə doğru seçim edib. Tutduğu vəzifə də kifayət qədər böyük vəzifədir. Amma monotondur. Sırf müəyyən çərçivədə, qapalı şəkildə çalışmaq asan deyil. Ən azı deputat seçilsə Afrikanın qızmar günəşi altında yanımaqdan bir müddət qurtulur...

Adam 2024-08-15 15:19:30

Avropada , Amerikada səfir olsaydı, deputatlığı istəməzdi. Cənubi Afrikadan bezib, yəgin

Xalid 2024-08-15 15:13:14

Bilinməyəcək nə var ki?! Kimsə öz adamlarını yerləşdirir. Müəyyənləşdirmək lazımdır: bu adamlar hakimiyyətdə kimə daha yaxındırlar? Məlumdur!

Tahir 2024-08-15 14:46:16

Məncə məsələyə doğru yanaşmırsınız. MM deputatı heç də müvəqqəti işlər vəkili vəzifəsindən aşağı status deyil. Əksinə mən hesab edirəm deputatlıq daha əhəmiyyətlidir, mühümdür. Deputatlıq daha geniş siyasi meydandır və özünün potensialını göstırmək üçün gözəl imkandır... Xülasə Z.Şükürov doğru seçim edib...

Vətəndaş 2024-08-15 14:38:59

Yerdəyişmə qanunu. Əlinin papağı vəlinin başınına. Vəlininki isə Əlinin başına. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol