Azərbaycanda hər nə qədər kadr kontingentinin yenilənməsi, gəncləşməsi, müasirləşməsi barədə danışılsa da, sanki “toxunulmaz”, “yenilməz” bir klassik məmur tipi yenə də qalmaqdadır – varlı, ədalı, yekəxana, bəzən də mədəniyyətsiz və hətta harınlamış. Təəssüf ki, həmin bu təbəqədə həbslər, “təmizləmələr” və s. aparılsa da, ciddi şəkildə dəyişən bir şey yoxdur – onlar yenə nazir, icra başçısı, rəis, bəzi hallarda isə deputatdırlar. Özü də aralarında elə “qozbel”lər var ki, onları çox vaxt nəinki vəzifədən atılmaları, heç həbsxana da düzəltmir. Məsələn, Akif Çovdarov kimi...
Aşağıda təqdim etdiyimiz fotolar isə Balakənin və Bakının Nəsimi rayonunun üst-üstə 15 il(!) icra başçısı olmuş hazırkı deputat, növbəti seçkidə də Baləkəndən deputat ediləcəyi heç bir şübhə doğurmayan Nəsib Məhəməliyevin rayonun kəndlərinin birində seçicilərlə görüşündə çəkilb. Bu fotoları “icra başçısı-deputat” fəxrlə öz “feysbuk” səhifəsində yerləşdirib.
Göründüyü kimi, zatən çoxu zəhmətdən, əziyyətdən, kasıblıqdan beli bükülmüş kənd sakinləri bir də deputatın qarşısında az qala ikiqat əyilirlər. Bu yazıq adamlar elə Məhəməliyev kimi məmurların, nazirlərin, icra başçılarının, rəislərin və s. “əsəridir”. Bəs onları bir də seçki görüşü adı altında öz qarşısında təzim etdirməyin, sonra da fotolarını paylaşmağın mənası, mesajı nədir?
Normalda deputatlığa namizəd də, deputat da, məmur da vətəndaşın ayağına getməlidir, bu fotolardan isə belə nəticə çıxır ki, əksinə, insanlar Məhəməliyevin ayağına gəlib. Əgər belə olmasaydı, ən azından heç olmasa bu fotoların birində olduğu kimi, deputat oturduğu yerdə ona əl uzadan, özündən yaşca yəqin ki, böyük olan ahıl kişinin əlini sıxarkən öz “müqəddəs vücudunu” bir balaca da olsa qaldırardı. Adama, özü də “millətin vəkili” adını daşıyan adama özündən yaşlı birisi əl uzadırsa, o isə oturduğu yerdən tərpənmirsə, bu, ya sağlamlıq, ya da mədəniyyətlə bağlı problemlərdən xəbər verir. Gördüyümüz mənzərədə ikincisi daha ağlabatandır...

Məsələnin daha bir biabırçı tərəfi sözügedən deputatın belə fotoları yayımlamağın az qala “adam yerinə qoymadığı” seçicilər bir tərəfə, bütünlükdə cəmiyyətə qarşı hörmətsizlik və ayıb olduğunu anlamaması, ya da bunu bilərəkdən etməsidir...
Yəni, doğrudanmı bu ölkədə belə “maneralara” malik məmur-biznesmen-deputatlara layiq olduqları yeri göstərən iradə yoxdur? Var və biz bunu nazirlərin işdən qovulmasında, nazir müavinlərinin, icra başçılarının və s. həbsində şahidi olmuşuq. Amma görünür, bunlar qətiyyən yetərli deyil və sistem problemi həll olunmayıb. Azərbaycanda əvəllər icra başçısı işləmiş şəxslərin az qala 90 faizi, bəlkə də daha çoxu indiyədək rüşvətə, korrupsiyaya görə həbs edilmiş icra başçılarından öz əməllərinə görə nə artıqdır, nə də əskik. Məhəməliyevin də bu sırada olmadığını sübut edəcək heç bir arqument yoxdur. Azərbaycan reallıqları nəzərə alınmaqla, 15 il icra başçısı işləmiş birisinin hansı varidata, bizneslərə, obyektlərə, pullara malik olduğunu təsəvvür etmək çətin deyil. Belə şəxslərin camaata qarşı saymazlığının, özündənrazılığının da kökündə onları “şişirdən” var-dövlət, bir də hakimiyyətdəki əlaqələri durur...

Məhəməliyev 6 il Balakənin icra başçısı, son 9 ildə isə rayonun deputatı olub. Balakən Azərbaycanda əhalinin orta aylıq əmək haqqının(Qaxdan sonra) ən aşağı olduğu rayondur. Elə orta aylıq pensiyaya görə də rayon ən son yerlərdən birini tutur. Bu nəticələrdə sözsüz ki, bir sabiq icra başçısı və millət vəkili kimi onun da “xüsusi xidmətləri” olub. Belə olan halda hansı nailiyyəti ilə fəxr edir bu adam, hardandır sanki Balakəndəki dağları da o yaradıbmış kimi bir əda, özündən razılıq?
Əlbəttə, bir deputat bilsə ki, onu doğrudan da xalq seçir, özünü qətiyyən bu fotolardakı kimi aparmaz. İndiki halda isə hakimiyyətdə kimlərləsə əlaqəsi, kimlərinsə qarşısında “xidmətləri” sayəsində növbəti deputat mandatına təminat alan birinin camaatla “xala xətrin qalmasın” ğörüşü keçirməsində qeyri-adi heç nə yoxdur...
Bütün bunlar bir daha göstərir ki, məmurluqdan deputatlığa gələnlər elə məmur olaraq da qalırlar. Bu adamlar xalqın ayağına getməyə yox, xalqı öz ayağına gətirməyə, onu incitməyə, məillətə məxsus sərvətləri, büdcəni talamağa öyrəşmiş adamlardır. Onlar üçün ümumiyyətlə, klassik millət vəkili statusunun fəlsəfəsi tamamilə yaddır!
Əgər belələrini bundan sonra da deputat düzəltməkdə davam edəcəklərsə, çox təəssüf ki, bu fotolarda görüdüyümüz eybəcər mənzərələri hələ çox görəcəyik...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər
Bunu mənə niyə deyirsiz,elə adama deyin ki ,Məhəhəməlinin puçunu bursun. Vəssalam- şüttamam.
Ola bilsin bu məmur-deputat-namizəd seçkidən sonra kinorejissorluğa başlamaq fikrindədi,“Arxadan zərbə” kinosuna yeni ekran həyatı verəcək hər halda, odur ki Fəttah dayı bıçağı atanda “Əyil!” deyilən kimi vaxtında və mükəmməl əyilə bilən bir aktyor axtarır yorulmadan.Tapan kimi sevindiyindən oxuyacaq “O yerdə ki sən tək əyilənlər olmaya,o yer viran olub dağılsın gərək".
Nə yaman əyilmisiniz,yoldaş Zülümov,beliniz ağrıyır? Məsələ ondadır ki,bizdə deputatlar həmişə seçkidən əvvəl seçilirlər deyə məmur-namizədlər gözəl bilirlər ki, seçicilərlə necə görüşməyin yox ee,ümumiyyətlə seçicilərlə görüşüb görüşməməyin seçki nəticələrinə zərrə qədər də təsiri yoxdur.Kolxoz sədri Rüstəm kişi də elə idi,seçilmədən də gedib hər iclasda rəyasət heyətində otururdu.O əyilən seçici də gözəl bilir ki,o artıq seçkidən əvvəl seçilib,ona görə qarşısında indidən əyilir ki,seçkidən sonra qəbuluna gələndə ona xatırlatsın ki,həmin o ikiqat əyilən mən idim,balaca bir problemim var,mümkünsə bu işi yoluna qoyun.
Onun Balakənə deputat təyin olunması Balakənlilərin, Milli Məclisin, orada olan deputatların adına ləkədir. onun Balakənlilərə ancaq pisliyi dəyib. İcra başçısı işlədiyi dövrdə insanların başına gətirmədiyi müsibət qalmayıb.
Belələrinin yeri Milli Məclis yox,həbsxanadır.İllərlə xalqı soyub yüz milyonlar mənimsəyib.Onları qaytarmalıdır dövlətə
Əsl deputat (özü də spiker olar) olası adam bu jurnalistin özüdür. İmkan versələr, azı 98% səslə seçilər...
Və olacaq onlardan biri. Ay kişilər, məgər bu maralları ayrı qoruqdan gətiriblər .Əsala.... bunlar elə həmən marallardı, Mirzə Cəlilin qoroğundan. Problem onlarda deyil, bir bez , bir qıraq
Məhməliyev nə millətidir?Onun ilk adı nə olub və bu ad soyad o Azərbayana kğçürüləndən sonra verilib7 Deyəsən onun milləti yezidi kürddür.Yoxsa o Azərbaycan xalqına ,müsəlmanlara qarşı Balakənə və digər rayonlarda zülm etməz.soymazıdı.
yaziq Millet nebilim ne deyim sozun bitdiyi yermi deyim sekilmi deyim soz tapa bilmirem
Yaziq insannardida)ayib bilmeyenner
deputat da ŏz nŏvbəsində ŏzůndən yuxarkının qarṣısında ....lır.xarakter belədi yalnız ....maq yolu ilə pul qazanmaq.
Yazıq millət,hər keçənə təzim elə! Rüşvətxora təzi elə,Korrupsionerə təzim elə,oğru icra başçısına təzim elə,Polisə təzim elə,Prokurora təzim elə,məhkəmyə təzim elə,Yaşa keyf elə! Bu necə dövri zamandır ki.işlərimiz ahu fəqandır!Ölkə quldarlıq rejiminə keçirilib.
Hörmətli C.Məmmədov ,bu deputat düz edir belə yaltaq ,üzəduran ,pula görə hər şeyini satan adamlar ,bunları harınladıb .Özünə hörmət edən adamlar belələri ilə nəinki görüşə getmirlər ,heç adam yerinə qoymayırlar .Birdə ki ,bunlar baxır AzTelekanalizasiyasına baş nazir Əli Əsədovdan öyrənirlər
MM buraxıldığı halda deputatlar da buraxılır və deputat sayılmırlar.Məhməliyevi yalnız namizəd alandırmaq olar.Hansı haqla Məhməliyev özünü Balakənə soxuşdurur.O burada icra başçısı olanda rüşvət.yeyinti ilə məşğul olub.rayonda bir dənə də olsa iş yeri,,yenilik yaratmayıbAxı o heç Balakən vətəndaşı deyil.Hansı üsulla onu bizə deputat yazırlar.Balakəndə hamının ondan zəhləsi geir.Bu saxtakarlıqlar nə qədər davam edəcək?
Əsl deputat (özü də spiker olar) olası adam bu jurnalistin özüdür. İmkan versələr, azı 98% səslə seçilər...
Komedik səhnə!Görməmişin bir oğlu oldu,dartdı bir yerini qopardı.Məhməliyev Balakənlilərin düşməniir.Taladı,yığdı indi oturub yaraşmadığı kürsüdə xımır-xımır yeyir.Ey fani dünya!