Menu

YENİ DEPUTAT BİZNESİNİ SATIŞA ÇIXARDI - Qiyməti açıqlandı

16.09.2024, 20:40
YENİ DEPUTAT BİZNESİNİ SATIŞA ÇIXARDI - Qiyməti açıqlandı

Sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus olan "Buta" bağçası satılır. “AzPolitika” “Unikal”a istinadən xəbər verir ki, şirkət hazır biznes olaraq satılır.

Belə ki, MMC və lisenziyanın qiyməti 120 min manatdır. Əşyalar isə əlavə 15 min manata təklif olunur.

Şirkətdən verilən açıqlamada bildirilib ki, bağçanın öz binası olmayıb:

"Biz bağçanın binasını icarə əsasında işlədirdik. Təzəlikcə özümüz üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikirdik. Oranı bağça üçün nəzərdə tutmuşduq. Zirzəmi və 1-ci mərtəbəsi tikilib.

Tikili yarımçıq olsa da, bütün sənədləri hazırdır. 4,5 sotun içərisindədir. Qeyri-yaşayış sahəsi kimi orada istənilən bir obyekti yaratmaq mümkündür. Onun qiyməti isə 1 milyon 500 min manatdır".

Qeyd edək ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat seçilib

Şərhlər

Roma 2024-10-03 14:03:23

Məncə "Ana müxalifət", Fəzayıl Ağamalı şax-şaxın sədri olduğu Ana Vətən Partiyasıdır...

Cəlal 2024-09-19 13:37:19

"Biznesmen" necə namizəd olub? Bəs MSK hara baxırdı ki,bunu deputat etdi?Niyə ölkə qanunla fəaliyyətdə deyil?

Süleyman 2024-09-18 15:31:38

Bu qız bu qədər vəsaiti necə əldə erib .AXı onun yaşı və işlədiyi illərdə aldığı maaş bunu ödəməz!Niyə bununla maraqlananyoxdur?

Firdovsi 2024-09-16 18:49:44

Atasını fitə basıb qovurdular seçicilər, bunaçı səs verdilər? Atası mandatı puluynan alıb indidə yetini qızına verib. Rüsbayçılıqdır bizdəki seçkilər, bu qədərdə ağ etmək lazım deyildi.

Senan 2024-09-16 17:38:06

f.agamalı oğurluq pulları leqallaşdırır

Baba 2024-09-16 17:27:50

Ağamalının deyilənlərə görə xaricdə çoxlu əmlak otelləri var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol