Menu

MÜXALİFƏTİN VİTSE-SPİKERİ DƏYİŞDİ - Parlamentdəki azlıq qərar verib

23.09.2024, 09:45
MÜXALİFƏTİN VİTSE-SPİKERİ DƏYİŞDİ - Parlamentdəki azlıq qərar verib

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.

APA-nın xəbərinə görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

"AzPolitika" xatırladır ki, VI çağırış parlamentdə müxalifət təmsilçisi kimi Milli Məclis sədrinin müavini postunu Fəzail İbrahimli tuturdu.

"AzPolitika" 

Şərhlər

seçici 2024-09-23 22:46:54

Bu müxalifətdir? Yaxşı da. Ola bilər ancaq əldə qayırma müxalifət olar

Cəbrayıl 2024-09-23 10:30:16

BUNUN HARASI MÜXALİFƏTDİR? GUYA XALQ BUNU TANIMIR?ONU SEÇƏN OLUB?kİM ONA SƏS VERİB Kİ? HARADAN ÇIXARDILAR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol