Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə YAP-çı deputat Elman Nəsirov arasında sərt polemika yaşanıb.
“AzPolitika” xəbər verir ki, “Youtube” platforması üzərindən yayımlanan “Reaksiya” internet kanalında üz-üzə gələn siyasətçilər, bir-birlərinin ünvanına ağır ifadələr səsləndiriblər.
Qeyd edək ki, gərginliyə Elman Nəsirovun ABŞ haqqında işlətdiyi ifadələr səbəb olub. Deputatın “ABŞ Azərbaycanı özünə tərəfdaş seçib” cümləsinə Cəlaloğlu belə münasibət bildirib:
“Ayıbdı axı... Azərbaycan Nyu-Yorkdakı iki küçə boydadır. Bayaqdan burada rəqəmlər sayırsan, dövlət büdcəsi bu qədər, hərbi büdcə bu qədər... Amerikanın 1 ştatnının büdcəsi Azərbaycanın büdcəsindən yüz dəfə çoxdur. Sən nə danışırsan?!
- Sərdar Bəy sizin ixtisasınız nədir?
- Ə, nəyə görə ixtisas soruşursan?
- Sərdar bəy soruşuram...
- Mən siyasətçiyəm!...
- Ümumiyyətlə bazanız nədir?
- Bazam yoxdur!...
- Elmi dərəcəniz, elmi adınız nədir?
- Səni kimi elmlər doktoru olmaqdansa, çoban olmaq ondan yaxşıdır!
- Ay hörmətli tamaşaçılar, mən görürsüz ADP sədrinə necə hörmətlə yanaşıram... Mən BDU-da Amerika, Avropa ölkələri üzrə ixtisas almışam, namizədlik dissertasiyam, doktorluq işim ABŞ ilə bağlıdır...
- Harada almısan doktorluğu?
- Azərbaycanda!
- Ali Atestatsiya Komisiyasınn verdiyi diplomların çoxu saxtadır, bir də səninki...
(Mübahisənin davamını aşağıdakı linkdən izləmək olar)
“AzPolitika.info”

Şərhlər
Hörmətli və dəyərli Sərdar Cəlaloğlunun bir el sözündən istifadə etməsi heç də çoban olanları aşağılaaq anlamına gəlmir. Nobel iddiaçısı olan bu siyasətçi deputatlqardan və oliqarxlardan fərqli olaraq otlaq sahələri əlindən alınmış çobanların haqları uğrunda, onların yenidən təbiətə qayıdışı və bütövlükdə cəmiyyətin saflaşdırılması uğrunda mübarizə aparır. Və qarşı tərəfdən fərqli olaraq mötəbər dairələrə öpücüklər göndərmir.
Mənim atam baş çoban olub Sərdar bəy .niyə mənim atamı təhqir edirsiz.Sürüsündə olan qoyunları çox gözəl idarə edirdi.
не оскорбляйте пастухов,Сердар бей