Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Həmin yeyintilərin AMEA-nın sabiq sədri Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib.
Manset.az AMEA-nın sabiq sədri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb:
"Kimdir danışan? Sizə deyirəm, danışan kimdir? Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun".
Qeyd edək ki, aşkar edilmiş qanun pozuntuları və yeyintilərin olması ilə bağlı araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi başlanıb.

Şərhlər
Nagil danişmayin.
YOX ELƏ YOX.
MƏNƏ KIM CINAYET IŞI AÇA BILƏR .....?
Bana kim cinayet işi açacak, kardeşim?
Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim; bendimi çiğner, aşarım;
Yırtarım dağları, enginlere sığmam, taşarım.
Ona heç nə etməyəcəklər. Çünki milyardlar atıb millətə xalqa. Cinayət işi 5-10 manat atana açırlar. O da görüntü yaratmaq üçün. Böyük summada millətə atana hələ imkan olsa şöhrət ordeni verərlər. Yəqin ki deyirlər bu millət atılası millətdit daha çox atın
AzPolitika ,gerçəkci olun ,Ramiz Mehdiyev düz deyir ,kim ona cinayət işi aça bilər ,orada o 4-5 il işləyib ,amma PA -da ömrünün yarısını ,cinayətlər o vaxt olub ,onun üstündən keçiblərsə MEA boş söhbətdir