Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O.Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2006-2012-ci illərdə Səhiyyə Nazirliyi, 2012-2018-ci illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında işləyib.
2018-ci ildən bu təyinatadək nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.
"AzPolitika.info"

Şərhlər
ƏƏSM-də praktiki məşğələr keçmək cəhənnəmdə təhsil alıb məzun olmaq deməkdir.
ƏƏSM nazirliyində işləyib?Bahoooo!
Bu adam hansı baqajla kənd təsərrüfatı profilli rayonda icra başçısı işləyəcək7 ONA GÖRƏ RAYONLAR BU GÜNDƏDİR.
Cənab Prezident, Şəkiyə nə vaxt İcra Başçısı təyin edəcəksiniz .....Şəki İnkişafdan qalıb !