Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışı zamanı bildirib ki, Azərbaycanla 10 noyabr 2020-ci il tarixli bəyanatı (kapitulyasiyanı-red.) imzalayarkən onunla olan həmkarlarının fikri ilə maraqlanmayıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan həmin günü xatırlayarkən deyib: “9 noyabr 2020-ci il, o anda bir çox həmkarım ofisimdə idi. Dedim: “İndi məni heç kimin fikri maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və bu bəyanatı imzalayacağam”. Düşünürəm ki, mən düzgün hərəkət etmişəm”.
Onun sözlərinə görə, elə vaxtlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir və həmin vaxt da bu vəzifə onun üzərinə düşüb.
“AzPolitika.info”

Şərhlər
Ermənistanda ( xəyanət bir hərəkət) və Aəzrbaycanda (alçaldıcı bir hərəkət) kim nə fikirləşir -fikirləşsin, fikirləşirəm ki Paşinyan o zaman erməni xalqının xilası üçün belə bir sənədi imzalaması ilə, gələcəkdə adını yeni erməni tarixinə (zatən qədim erməni tarixi olmayıb, yenisi də hara kimi davam edəcək bilinmir) qızıl həriflərlə yazdırmış oldu. Hələ özündə bir az da cəsarət tapıb, sülh danışıqlarının çəkişmə predmeti olan 28,9 min kv.km sərhədləri daxilində sülh müqaviləsinə imza atsa və atdırsa bilsə, o həriflər bir az da qızıllaşacaq. Amma bir daha da altını cızaraq söyləyirəm ki, biz Azərbaycan vətəndaşları, xüsusən də 1988-ci ildə “Ermənistan”dan çıxarılmış Qərbi Azərbaycanlılar Sulh sazişinin hələlik 1920-ci il sərhədləri (9,8 min kv km) çərçivəsində imzalanmasının tərəfdarıyıq. Amma ona da arxayınıq ki, Azərbaycan Prezidenti bu məsələdə çox həssasdır və Naxçıvanda olarkən babasının məzarı başında ürəyində vermiş olduğu sözü tutacaq. Nə zaman, o da cənab Prezidentin özünün bildiyi zaman.