Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.
“AzPolitika” xəbər verir ki, Sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.
Bu münasibətlə qurumda iclas keçirilib və müavinlər kollektivə təqdim edilib.

Qeyd edək ki, “qafqazinfo”nun məlumatına görə, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov əvvəllər bir sıra vəzifələrdə çalışıb.
Belə ki, 1975-ci ildə Moskvada doğulan X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.
2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.
Xəyyam Məmmədovun son iş yeri isə “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub.

Şərhlər
ilqar gulmemmedov hesablama palatasinin sedrnin qardasi ne gozel
Şəki Su İdarəsinə təyin etdiyi kadrdan hər şey bəllidir ! Bayram Məmmədov bütün qohum-qardaşlarını Su İdarəsinə yiğıb... İxtisası olmayan bir korrupsioneri , Rövşən Ədilovu Hüquqşünas vəzifəsinə təyin edib.... Budur bunların işləri. dövlət vəsaitini talan edirlər, bu səbəbli milyonlara sahib olub!
Adamı vəzifəyə təyin edəndə onun ixtisasına,işlədiyi sahəyə.iş stajına diqqət verilmədən onun təcrübəsinə uyğun gəlməyən sahədə vəzifətə təyini olduqca müəmmalı deyil? Belə təyinaylat şübhə doğurmaqla bərabər ölkəyə və xalqa tararlı olmsı suallar doğurnur?bəs bu təyinatlar necə baş verir?Belə təyinatların nəticəsidir ki,ölkə iqtisadiyyatı batıb.ölkə omportdan asılı vəziyyətə salınıb.yaşam ətinləşir.narazılıqlar artır.,